Hadisə
Badamdar yamacında sürüşmə təhlükəsi: yol bağlandı - VİDEO
Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hazırda yamacın yuxarı hissəsində sürüşmə aktivləşib.
Təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, yol bağlanıb.
Məsul şəxslər hazırda ərazidədir. Polis ərazini nəzarətə götürüb.
Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO








.jpg)

















.jpg)


.jpg)










