Tabloid.az
Buxaqdan xilas olmaq üçün 5 məşq hərəkəti - Fotolar
Buxaq kök insanlarla yanaşı, arıqları da narahat edən bir problemdir. Bu problem kişilərdə də müşahidə edilir, ancaq ən çox qadınları narahat edir. Çünki buxaq xanımın zərifliyinə kölgə salır. Ancaq müəyyən hərəkətlərlə - məşqlərlə buxaqdan xilas olmaq və ya buxağın yaranmasının qarşısını almaq mümkündür.
Tabloid.az həmin hərəkətləri təqdim edir:
1. Çənənizi qabağa verin. Daha sonra dodaqlarınızı kip bağlayıb 10 dəfə bir-birinə sıxın. Aralarda fasilə verərək 5 dəfə bu hərəkəti təkrarlayın.

2. Başınızı geriyə doğru əyin və yuxarı baxın. Dodaqlarınızı kip bağlayın. Bu formada sanki ağzınızda nə isə çeynəyirmiş kimi çənənizi hərəkət etdirin. 20 dəfə bu hərəkəti təkrarlayın. Daha sonra fasilə verərək yenidən eyni hərəkəti edin.

3. Başınızı geriyə və eyni zamanda saga doğru əyin. Alt dodağınızı üst dodağınızın üstünə gətirib sıxın. Yanaq əzələlərinizi mümkün olduğu qədər möhkəm şəkildə sıxın. Barmaq uclarınızı boynunuzun aşağı hissəsindən başlayaraq çənənizin, hətta dodaqlarınızın altına kimi masaj edərək yuxarı doğru sürüşdürün. Bu hərəkəti 5 dəfə təkrarlayın. Bu hərəkət buxaq bölgəsinə təsir edərək onun yox olmasına kömək edəcək.

4. Başınızı dik tutun və gözlərinizi aça bildiyiniz qədər açın. İki əlinizi də almacıq sümüklərinizin üzərinə qoyun. Barmaq uclarınızla yanaqlarınızı almacıq sümüklərinizə doğru yuxarı və aşağı itələyin. Bu hərəkəti 30 dəfə təkrarlayın.

5. Başınız dik vəziyyətdə dodaqlarınızı bir-birinə sıxın. Daha sonra dodaqlarınızı açaraq başınızı geriyə doğru əyin. Daha sonra dodaqlarınızı təkrar bağlayıb başınızı dik vəziyyətə gətirin. Hərəkəti 25 dəfə təkrarlayın.

Tabloid.az
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü








































