Yazarlar
Hələ də vaxtımız yoxdu, Arif Əmrahoğlu...
Bir gün əvvəl redaksiyada danışmışdıq ki, yığışıb Arif müəllimin yanına gedək. Mən səhər işə gələndə isə artıq Tanrı onu öz yanına aparmışdı...
Bu ay xeyli dəyərli insanı itirdik. Adil Mirseyid itkisindən özümüzə gəlməmiş fələk Arif Əmrahoğlunu əlimizdən aldı. Arif müəllim ziyalı etalonu idi, ən ümidsiz anlarımda onunla görüş mənə qəribə bir stimul verirdi. Xatırlayıram, bizim tanışlığımız “Sənət qəzeti”ndən başladı. On il bundan əvvəl. Yazıçılar Birliyinin qurultayı ərəfəsində ondan müsahibə almaq üçün redaksiyaya dəvət etdik. Gəldi və çox maraqlı bir söhbət alındı. Arif müəllimin zəngin erudisiyası, dəqiq və obyektiv mühakimələri, ədəbiyyat haqqında dəyərli fikirləri bu müsahibədə öz əksini tapmışdı.
Həmin gün Arif müəllim mənimlə maraqlandı, dedi ki, nə yazırsan, nə pozursan? Çəkinə-çəkinə dedim ki, ara-sıra şeir, hekayə yazıram. Dedi yazılarını gətir, bizim jurnallarda çap olun. Dedim ki, Arif müəllim, Orxan Pamukun “Gizli üz” ssenarisini bizim dilə uyğunlaşdırmağa başlamışam. Sən demə, Arif müəllim bu əsəri artıq dilimizə çeviribmiş. Dedi ki, mən onu çevirmişəm, amma redaktə etməyə vaxt tapa bilmirəm, gəl, onu sənə verim, işlə, redaktə et, ikimizin tərcüməsində getsin. Sənin də zəhmətin itməsin.
İlk anda özümü itirdim. Çünki bu cür münasibəti gözləmirdim, Arif müəllim mənimlə köhnə həmkarı kimi danışırdı. Sanki biz uzun müddət birlikdə çalışmışıq. Onun insana münasibəti, dünya dolusu səmimiyyəti məni heyrətə gətirdi. Bu insana rəğbətim artdı. Sonralar hər dəfə Yazıçılar Birliyində rastlaşanda yazılarımı oxuduğunu deyirdi, məni danlayırdı ki, niyə gəlib Birliyə üzv olmursan? Bir dəfə “Ulduz” jurnalında şeirlərim çap olunmuşdu, dəhlizdə məni gördü, ürəklə əlimi sıxıb təbrik elədi və bir az da təriflədi.
Eh, Arif müəllimlə bağlı o qədər xatirələr var ki... İndi bu xatirələr içimi göynədir, yazmaqda çətinlik çəkirəm. Bu yaxınlarda gənc şair, Arif müəllimin tələbəsi Xalid Mahmudla rastlaşdıq, Arif müəllim haqqında xeyli danışdıq. Xalid onun haqqında necə sevgiylə, məhəbbətlə danışırdı. Fikir vermişəm, Arif müəllimdən söz düşəndə hamı onun haqqında ürək dolusu danışır, onu minnətdar hisslərlə xatırlayır.
Xalidlə vədələşdik ki, bir gün vaxt təyin edək, gedib Arif müəllimi yoluxaq. Xalid dedi, hə, çox sevinər. Üzü dönsün bu vaxtın, ömrümüzü yeyib-bitirdi, sevdiklərimizi əlimizdən aldı... Həmişə gecikirik, həmişə gecikdiyimizə görə yanıb-yaxılırıq...
Daha Arif müəllim yoxdu. Vaxtımız isə hələ də yoxdu...
Kənan Hacı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?

























.webp)
.jpg)










