Bizim tərcümə
Alber Kamyunun Nobel nitqi – BİZİM TƏRCÜMƏ
Sizin azad Akademiya tərəfindən təltif olunduğum mükafat mənim şəxsi xidmətimdən qat-qat yüksəkdə durur. Məhz buna görə mənim sizə minnətdarlığım bu qədər dərindir. Hər bir insan xüsusilə tanınmaq istəyir. Mən də bunu istəyirəm. Lakin sizin seçiminiz haqqında eşidəndə mən onun əhəmiyyətini mənim etdiklərimin həqiqi dəyəri ilə müqayisə etməyə bilmərəm. Yeganə nailiyyəti şübhələri və hələlik yazmadığı kitablar olan, gününü zəhmətin tənhalığında və dostluğun yalnızlığında keçirməyə adət etmiş, hələ demək olar ki, gənc bir insan birdən-birə tək-tənha, mühafizəsiz-filansız güclü işıq çevrəsinə çıxarılanda bu qərarı özümlü təlaş hissi keçirmədən eşidə bilərdimi? Avropada digər daha görkəmli yazıçılar susdurulduqları və doğma torpağı ardı-arası kəsilməyən fəlakətlərə məruz qaldığı halda, o, bu şərəfə layiq görülməsini hansı hisslə qarşılamalıdır?
Mən çaşqınlıq və daxili təlaş duydum. Sakitləşmək üçün mənimlə
həddindən artıq səxavətli olan tale ilə bir növ haqq-hesab
çürütməli idim. Yalnız öz şəxsi xidmətlərimə görə mən özümü ona
layiq hesab edə bilmədiyimə görə həyatım boyu müxtəlif şəraitlərdə,
mənə əl tutan şeydə özümə dayaq tapdım–bu, mənim sənət haqqında və
yazıçının rolu haqqında təsəvvürüm oldu. İcazə verin, minnətdarlıq
və dostluq hissi ilə bacardığım qədər aydın şəkildə onu şərh
edim.
Sənətimdən kənarda mən yaşaya bilmərəm. Lakin heç vaxt mən onu
bütün dünyadan üstün tutmamışam. Əksinə, o mənə məhz ona görə
lazımdır ki, heç kimdən və heç nədən ayrılmır və mənə sənətkar və
insan kimi bütün insanlarla eyni həyatı yaşamağa imkan verir. Mənim
üçün sənət heç də tənha yaradıcılığın əyləncəsi deyil. Mənim üçün
bu, ümumi iztirabların və sevinclərin ən tutumlu mənzərəsini
yaratmaqla mümkün qədər çox adamın qəlbinin tellərinə toxunmaqdır.
Sənət - sənətkara öz içinə qapanmağa imkan vermir, o, sənətkarı ən
təvazökar və ən ümumi həqiqətə tabe edir. Çox zaman başqalarına
oxşamadıqlarını duyduqlarına görə sənətkar taleyini seçənlər
tezliklə başa düşürlər ki, əgər başqaları ilə oxşarlıqlarını etiraf
etməsələr, onlar öz sənətlərini və orijinallıqlarını heç bir şeylə
qidalandıra bilməzlər. Sənətkar - bu, özündən başqalarına doğru
aramsız hərəkətdə-keçinə bilmədiyi gözəlliklə ayrıla bilmədiyi
insan birliyi arasındakı yarıyolda formalaşır. Buna görə də əsl
sənətkarlar heç nədən yan keçmirlər, onlar mühakimə etməyi yox,
başa düşməyi öz borcları hesab edirlər. Və əgər onlar bizim dünyada
seçim etməlidirlərsə, bunu, Nitşenin dahiyanə ifadəsinə görə
hakimin yox, zəhmətkeş yaxud ziyalı olmasından asılı olmayaraq,
yaradıcının idarə etdiyi cəmiyyətin xeyrinə edirlər.
Buna görə yazıçının rolu ən çətin problemlərdən ayrılmazdır. Öz
təbiəti etibarilə o bu gün tarixi həyata keçirənlərə qulluq edə
bilməz, çünki tarix yaşayanlara xidmət edir. Əks təqdirdə o,
sənətini itirər və tənha qalar. Yazıçı müstəbidliyin bir neçə
milyondan ibarət ordusu-xüsusilə əgər o bu ordularla ayaq-ayağa
getməyə razılıq verərsə, bu da onu tənhalıqdan xilas edə bilməz.
Lakin dünyanın o biri başında alçalmağa məruz qalan naməlum
dustağın susması yazıçını insanların yanına-hər halda azadlığın
verdiyi bütün imtiyazlar arasında yazıçı bu sükutu xatırlayanda və
öz sənəti ilə onu səsləndirməyə nail olanda-qaytarmaq
iqtidarındadır.
Bu vəzifəni həyata keçirmək üçün bizim heç birimiz kifayət qədər
böyük deyilik. Lakin həyatın bütün durumlarında adsız-sansız yaxud
müvəqqəti olaraq məşhurlaşmış müstəbidliyin zəncirinə pərçimlənmiş,
yaxud bu gün öz düşüncələrini ifadə etməkdə azad yazıçı insanlarla
birlik hissini əldə etməyə qadirdir. Bu onun sənətini mənalandırar,
bir şərtlə ki, o, imkanları daxilində sənətinin böyüklüyünü təşkil
edən iki vəzifəni həyata keçirməyə razı olsun: həqiqətə və azadlığa
xidmət etsin. Vəzifəsi bəşəriyyəti birləşdirmək olduğu üçün o,
yalanla və köləliklə barışa bilməz, çünki yalanın və köləliyin
bərqərar olduğu yerdə tənha insanların sayı sürətlə artır.
Şəxsi zəifliklərimizdən asılı olmayaraq, bizim sənətin nəcibliyi
boynumuza götürdüyümüz həmişə həyata keçirilməsi çətin olan iki
öhdəliyə əsaslanır: bildiyin şey haqqında yalan danışmamaq və zülmə
qarşı mübarizə aparmaq.
Qıc olmuş zaman qarşısında aciz və özünü itirmiş bütün nəslim kimi
dəli-divanə tariximizin iyirmi ildən artıq dövrü ərzində mən belə
mübhəm hissdə özümə güc tapırdım ki, yazıçı olmaq şərəfdir, çünki
bu məcbur edir, özü də yalnız yazmağa məcbur etmir. O cümlədən məni
bu, gücüm və imkanlarım daxilində bizim ümumi tariximizin
zərbələrini üzərinə götürmüş insanların bölüşdürdükləri bədbəxtlik
və ümid yükünü daşımağa məcbur edirdi. Birinci Dünya müharibəsinin
əvvəllərində dünyaya gəlmiş, Hitler hakimiyyətə gələndə və Stalin
diktaturası başlayanda iyirmi yaşı tamam olmuş, sonra təhsilini
başa vurmaq üçün həyatını İspaniyada müharibə ilə, İkinci Dünya
savaşı ilə işgəncələr, həbsxanalar, konsentrasiya düşərgələri
qitəsinə çevirdiyi Avropa ilə üz-üzə qalmış mənim nəslimin
insanları bu gün oğul tərbiyə etməli və üstünü nüvə qırğını
təhlükəsi almış dünyada yaratmalıdırlar. Mənə elə gəlir ki, heç kim
onlardan optimizm tələb edə bilməz. Mən hətta düşünürəm ki, biz
onlarla mübarizəni dayandırmadan hədsiz ümidsizlik ucbatından
şərəflərini yaddan çıxarmış və müasir nihilizmə cummuş adamları
başa düşməliyik.
Lakin mənim ölkəmdə və Avropada çoxları nihilizmi rədd etmiş və
tarixin səmərəli davamının axtarışı yoluna qədəm basmışdır. Yenidən
dirçəlmək və bu gün dünyanı bürümüş intihar cəhdinə qarşı açıq
şəkildə mübarizə aparmaq üçün bu adamlar fəlakətlər dövründə
yaşamaq sənətinə yiyələnməli olmuşlar.
Hər bir nəsil belə hesab edir ki, dünyanı yenidən qurmalıdır. Lakin
mənim nəslim artıq bilir ki, o, dünyanı dəyişdirməyəcək. Lakin
olabilsin ki, onun vəzifəsi daha mühümdür. Bu, dünyanın yoxa
çıxmasının qarşısını almaqdır. Payına xəstələnmiş tarix,
inqilabların düşkünlüyü dövrü, allahların ölümü, qudurmuş texnika
və tükənmişi deologiyalar, orta səviyyəli hökmdarların hər şeyi
məhv edə bilməsi, lakin artıq heç kimi inandıra bilməməsi,
ziyalıların nifrət və susdurulma nökərləri səviyyəsinə düşmələri
zamanı bu nəsil yalnız baş verənlərlə barışmamağa əsaslanaraq
özlərində və öz ətraflarında heç olmasa bir qədər həyata və ölümə
ləyaqət verən şeyləri bərpa etməli idi. Bizim böyük
inkivizatorların hər an ölüm aləminə çevirmək iqtidarında olduqları
dünyanın məhvi təhlükəsi qarşısında bu nəsil başa düşür ki, zamanla
son dərəcə sürətli qaçışda o xalqlar arasında heç kim üçün köləliyə
çevrilməyən sülhü bərpa etmək, yenidən əməyi və mədəniyyəti
barışdırmaq, yenidən insanlar arasında həmrəylik körpüsünü qurmaq
lazımdır. Onun bu nəhəng vəzifəni nə vaxtsa həll edə biləcəyi məlum
deyil, əvəzində məlumdur ki, bütün dünyada o, artıq həqiqətə və
azadlığa istinad edir və əgər lazım olsa, nifrət hissi keçirmədən
onların uğrunda ölməyə hazırdır. Bu nəsil hər yerdə, xüsusilə orada
ki, özünü qurban verir, alqışlanmağa və yardıma layiqdir. Buna görə
də mən sizin dərin razılığınıza şübhə etmədən istərdim ki, mənim
layiq görüldüyüm şərəfi ona aid edəsiniz.
Yazıçı peşəsinin yüksəkliyi haqqında danışarkən mən eyni zamanda
mübarizə yoldaşları ilə bölüşdürdüyü titullardan başqa heç bir
ad-sanı olmayan, inadkar və əzabdan tez sınan, ədalətsiz və
ehtirasla ədalət arzulayan, öz əsərlərini hamının gözü qabağında
utanmadan və özünü çəkmədən, əbədi olaraq iztirabla gözəllik
arasında var-gəl edən tarixin dağıdıcı hərəkətinin yolu üzərində
inadla yaradılan əsərləri üçün materialı şəxsiyyətinin
ikiləşməsindən əxz etməyə məhkum yazıçının kim olması haqqında bir
neçə söz demək istəyirəm. Ondan hazır cavablar və gözəl öyüdlər
gözləmək olarmı? Həqiqət sirlidir, ələkeçməzdir, onu həmişə yenidən
fəth etmək lazım gəlir. Azadlıq təhlükəlidir, çətindir və
məstedicidir. Biz həqiqətə və azadlığa doğru çətinliklə, lakin
qətiyyətli, irəli hərəkət edərək və bu qədər uzun yolda zəiflik
dəqiqələrini əvvəlcədən görərək getməliyik. Bunu bilən hansı yazıçı
təmiz vicdanla ləyaqətin təbliğçisi olmağa cürət edər? Mənim özümə
gəldikdə boynuma almalıyam ki, heç vaxt adı çəkilən məziyyətlərə
malik olmamışam. Mən heç vaxt işıqdan, varlıq sevincindən,
uşaqlıqdan öyrəşdiyim azad həyatdan imtina edə bilməmişəm. Lakin
bütün bunlara meylimin bir çox nöqsanlarımın, yanılmalarımın səbəbi
olmasına baxmayaraq, bu mənə peşəmi daha yaxşı dərk etməyə kömək
etdi, bu mənə indi də instinktiv şəkildə susanların və yalnız azad
səadətin yaxud onun haqqında xatirələrin qısa işartıları sayəsində
vadar edildiyi həyat tərzinə dözənlərin yanında olmağa kömək
edir.
Mənim əslində kim olmağımla, imkanlarımla, borclarımla, çətin
inamımla bağlı məsələlər aydınlaşdıqdan sonra sizin mənə layiq
bildiyinizin mənim üçün nə demək olduğunu ifadə etmək daha asan
olar. Mən demək istəyirəm ki, bu mükafatı mənimlə bir yerdə eyni
mübarizədə iştirak edən, heç bir imtiyaz əldə etməyib yalnız
bədbəxtliyə və təqibə məruz qalanların hamısının xidmətlərinin
tanınması hesab etmək istərdim. İndi mənə yalnız mənim sizə şəxsi
minnətdarlığımı bildirmək və hər bir əsl sənətkarın hər gün
ürəyində içdiyi sədaqət andını hündürdən ifadə etmək qalır.
(Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel
mükafatçıları” kitabından)
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Ekologiya07:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər













.jpg)






.jpg)










.png)

.jpg)





