Nida Təhlil
Beynəlxalq müstəvidə qiymətləndirmə: İlham Əliyevin sözü ilə əməli üst-üstə düşür
Bakıda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Dünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi qlobal şəhərsalma gündəminin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf məsələlərini müzakirə edirlər.
Publika.az mövzu ilə bağlı millət vəkili Elman Nəsirovun fikirlərini öyrəndi.
Deputat bildirdi ki, Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə həm etimad qazanıb, həm də şəhərsalma və mənzil siyasəti sahəsində öz yanaşmalarını dünya ictimaiyyətinə təqdim etmək imkanı əldə edib.
Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun göstəricisidir və eyni zamanda qlobal problemlərin müzakirəsinə töhfə verir.
Qlobal mənzil böhranı dərinləşir
E. Nəsirov bildirdi ki, dünyada mənzil böhranı artıq ciddi qlobal problemə çevrilib. Onun sözlərinə görə, yüz milyonlarla insanın normal yaşayış yeri yoxdur, milyardlarla insan isə qeyri-kafi şəraitdə yaşayır.
"Təbii fəlakətlər, münaqişələr və sosial problemlər bu vəziyyəti daha da ağırlaşdırır. Bu məsələ artıq təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, ABŞ və Avropa dövlətləri də daxil olmaqla bütün dünya üçün aktual çağırışdır", - deyə millət vəkili qeyd etdi.
Evsizlik və sosial risklər
Müsahibimiz bildirdi ki, iri şəhərlərdə evsizlik problemi daha kəskin xarakter alır: "Nyu-York və Los-Anceles kimi şəhərlərdə on minlərlə evsiz insanın yaşadığı qeyd olunur. Bu cür sosial problemlər həll olunmadıqda, həm sosial gərginlik, həm də potensial təhlükələr yarana bilər".
Şəhərsalma və ekologiya balansı
Deputat əlavə etdi ki, yeni yaşayış evlərinin tikintisi zəruri olsa da, bu proses ekoloji tarazlıq nəzərə alınmadan həyata keçirilə bilməz. Onun sözlərinə görə, tikinti sektoru karbon emissiyalarında ciddi paya malikdir və buna görə də dayanıqlı şəhərsalma yanaşmaları vacibdir.

Azərbaycanın təcrübəsi - Qarabağ bərpası
Elman Nəsirov Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi təcrübədən də danışdı. Dedi ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri bu sahədə nümunə kimi göstərilir.
Onun sözlərinə görə, həmin ərazilərdə infrastruktur layihələri sürətlə həyata keçirilir, yollar, körpülər, tunellər, sosial obyektlər və yaşayış evləri inşa olunur. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin edilir.
Yaşıl enerji və inkişaf strategiyası
Deputat həmçinin qeyd etdi ki, Azərbaycanda yaşıl enerji layihələri genişlənir və bərpa olunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdəndir. Qarabağ və Şərqi Zəngəzurun böyük enerji potensialı bu strategiyanın əsas hissəsini təşkil edir.
İlham Əliyevin siyasətinə yüksək qiymət
Sonda Nəsirov bildirdi ki, Azərbaycanın bu istiqamətdə uğurları dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilən siyasətin nəticəsidir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya beynəlxalq müstəvidə yüksək qiymətləndirilir, çünki onun səsləndirdiyi fikirlər və həyata keçirdiyi addımlar tam şəkildə üst-üstə düşür və real nəticələr verir.
Müəllif: Adəm Abbaslı
-
Digər11:56Kömür mədənində baş verən qəzada ölənlərin sayı 80-i keçdi
-
Region11:48İrəvanı qurd basdı - VİDEO
-
Hadisə11:32Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO
-
Region10:59Məşhur partiyanın qurultayı ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
-
Ekopublika.az08:45Qurbanlıq heyvan bazarında son vəziyyət: Qiymətlər nə qədər artıb? - Video
-
ABŞ08:30Pentaqon rəsmilərinin həftəsonu planları ləğv edildi - İrana hücum başlayır
-
ABŞ07:55Nyu-Yorkda dəhşətli partlayış - Ölən və çoxlu sayda yaralı var
-
Nəqliyyat07:35İctimai nəqliyyatda ödənişlə bağlı yeniliklər olacaq - Video

























.jpg)












