Dahi ömrü
"Üçüncü Dünya Müharibəsi belə olacaq" - - FOTOLAR
Dünya müharibələrini öncədən görən Albert Payk
İlluminati, masonluq və yeni dünya nizamı kimi mövzularda bir çox şey deyilib və yazılıb. Masonların olduqca sirli aləmi həmişə hər kəsi cəlb edib. Publika.az tanınmış mason, yazıçı Paykın ömrünə nəzər salıb. Albert Paykın 1871-ci ildə yazdığı sirli məktub, dünya müharibələri haqqında çox maraqlı məlumatlar ehtiva edirdi.
Publika.az-ın “Dahi ömrü” layihəsinin bu yazısını dünyaşöhrətli siyasi və ictimai xadim, yazıçı Albert Payka həsr etdik.
Albert Payk kimdir?
1809-ci ildə Bostonun paytaxtı Massaçusets şəhərində doğulub. Atası Benjamin Payk anası isə Sarra Paykdır. Yeddi övladı olan ailənin ilk uşağı Albert idi. 1825-ci ildə Albert Harvard Universitetinə qəbul olur. Təhsil aldığı Harvardda sistemini doğru hesab etmirdi və oradakı təhsil sistemini dəyişdirməyi təklif edir. Sonradan Qloster, Bedford, Faixaven və Nyuberiport məktəblərində müəllimlik edir. Qəzetlərdə məqalə yazan Payk qazandığı ilk pulla Maɾi Ann Hamilton ilə evlənir. Bu evlilikdən on biɾ övladı doğulur.
Masonluğa daxil olma
Albert Payk 1850-ci illərdə Mason lojasına qatılır. Lojada göstərdiyi müstəsna xidmətlərə görə 1859-ci ildə Albert Paykı “Mason Ustadı” dərəcəsi verilir.
Ordudakı illər
ABŞ Müstəqillik müharibəsi dövrlərində Albert Payk orduya gedir. General Con Selden Roane ilə arası yaxşı deyildi. Payk general Conu duelə çağırır. Əgər Payk qazanarsa Con general rütbəsindən imtina edərək Payka verəcəyi şərtini kəsir. Dueldən qalib çıxan Payk 22 noyabr 1861-ci ildə general olur. Bir az keçmədən özbaşınalıq və vətənə xəyanətdən günahlandırılaraq həbs olunması tələb edilir. Arkanzasda gizlənən Payk istefa məktubu göndərir. Bir il sonra istefası qəbul edilir və o gizləndiyi yerdən çıxaraq həbsdən canını qurtarır.
Onun Ku Klux Klan üzvü olduğu iddia edilsə də, lakin bu fakt öz təsdiqini tapmayıb. Payk, 1891-ci ildə 81 yaşında qastro-ezofageal reflyuks (yemək borusu xərçəngi) xəstəliyindən dünyasını dəyişir. Həyatı boyunca şairlik və yazıçılığa da maraq salan Paykın bir neçə əsəri var. Şeir kitabları ilə yanaşı onun masonluq haqqında yazdığı “Mənəviyyat və doqma” əsəri də geniş yayılıb.
Qədim Məktub
Albert Paykın “Mənəviyyat və doqma” adlı kitabıyla eyni ildə, 1871-ci ildə Mason ustadı Giuseppe Mazziniyə yazdığı iddia edilən məktub, 1950-ci illərdə Vilyam Qay Kar adlı ingilis kəşfiyyat zabiti tərəfindən Britaniya muzeyində tapılıb. Vilyam Qay Kar bu məktubu “Quoted in Satan: Prince of This World” adlı əsərində nəşr etdirir.
Birinci Dünya Müharibəsi
Məktubda Albert Paykın yazdığı iddia edilən məlumatlar həqiqətən insanı heyrətə salır. Paykın yazdığı sətirləri təqdim edirik:
“İlluminatinin məqsədinə çatması üçün əvvəlcə dünya müharibəsi çıxartmalıyıq. Bu səbəblə Rusiyada çarlığı zəiflədib, ateizmi və kommunizmi hakim etməliyik. Agentlərimiz vasitəsiylə Britaniya İmperatorluğu və Almaniya İmperiyası arasında gərginliyi qızışdıraraq döyüşə zəmin hazırlamalıyıq. Birinci Dünya Müharibəsindən sonra kommunizmi yaxşıca inşa etməliyik ki, bütün hökumətləri devirə bilək və bütün dini sxemləri zəiflədək.”
İkinci Dünya Müharibəsi
Daha sonra İkinci Dünya Müharibəsini başlatmalıyıq. Bunu gerçəkləşdirmək üçün Faşistlər və Sionistlər arasında döyüşlə nəticələnəcək bir gərginlik yaratmalıyıq. Adları Nasist olacaq olan faşistləri müharibə sonunda yox etməli, Fələstində İsrail dövlətini qurmalıyıq. İkinci Dünya Müharibəsi müddətində Beynəlxalq Kommunizmi mütləq xristianlığı sabitləyəcək bir gücə çatdırmalıyıq. Cəmiyyətlərə “Son Çöküş”ü yaşadana qədər bu tarazlıq bizim üçün lazımlıdır.
Üçüncü Dünya Müharibəsi kəhanətləri
Üçüncü Dünya Müharibəsini başlatmağımız üçün İslam Aləminin liderləri və Sionistlər arasında agentlərimiz vasitəsiylə, ayrı düşdükləri mövzular üzərindən gərginlik çıxartmalıyıq. Və bu döyüş, Müsəlman Ərəb Dünyası və İsrail Dövlətinin bir-birlərini yox edəcəkləri şəkildə qurulmalıdır. Bu həngamə içində digər millətləri bu mövzuda, fiziki, əxlaqi, mənəvi və iqtisadi olaraq çökmələri üçün mübarizəyə məcbur etməliyik. Nihilist və Ateistlərin yollarını açaraq, ictimai çöküşü artırıb, qarışıqlıq və vəhşiliyin yaratdığı qorxu içində cəmiyyət qurmalıyıq.
Albert Paykın 1871-ci ildə yazdığı deyilən məktub həqiqətən I və II Dünya müharibələrini təsvir etməkdədir. Lakin Vilyam Qay tərəfindən kitabxanada edərək kopiya edildiyi deyilən bu məktubun, orijinal nüsxələrinin olması şərtdir. Orijinal sənədi görmədən, Vilyam Qay Karın söyləmiş olduğu iddiaları ciddi qəbul etmək mümkün deyil.
Nəticə etibarı ilə bu iddialar ilk baxışda möhtəşəm bir öncəgörmə kimi görünsə də, bu məktubun Vilyam Qay Kar tərəfindən uydurulmuş olma ehtimalı da var.
Dilrubə Vaqifzadə
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər