ABŞ-da yaşayan məşhur fars müğənni Azərbaycana gəlmək şərtlərini açıqladı: "İrana ona görə getmirəm ki..."
Bizi izləyin

Xüsusi

ABŞ-da yaşayan məşhur fars müğənni Azərbaycana gəlmək şərtlərini açıqladı: "İrana ona görə getmirəm ki..."

Publika.az Amerikada yaşayıb, fəaliyyət göstərən fars müğənnisi, bəstəkar, yazıçı Möhsen Namjoo ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Birinci hissəni buradan oxuya bilərsiniz:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

- Mahnılarınız dünyanı gəzir. Avropa turundan yeni dönmüsünüz. Başqa səfərlər gözlənilir?

- Öncə müsahibənin davamı üçün məni gözlədiyinə görə minnətdaram. Doğrudur, Avropanın bir çox şəhərlərində konsertlər verdim. Bu siyahıda ilk dəfə olduğum şəhərlər də vardı. Qarşıda isə İstanbulla Antalyanın Kəmər bölgəsi var. Sonda yenidən Nyu-Yorkda konsertim nəzərdə tutulub.

- Amma bunların heç biri Məşhəddə verə biləcəyiniz konsertlə bir tərəziyə gəlməzdi.

- Doğrudur. Mən hələ də o gözəl günü gözləyirəm.

- Yaradıcı insan qürbətdə daha məhsuldar olur, amma Ana vətəninizə geri dönmək istəməzdiniz?

- Kim öz vətənində yaşamaq istəməz ki? Amma etiraf edim, həmişəlik köçmək istəmirəm. Artıq uzun illərdir Nyu-Yorkda yaşayıram. Hazırda İranda hökm sürən hakimiyyət insanın daxili azadlığını dar çərçivəyə salır. Mənsə dünyanın ən azad ölkələrindən birində yaşayıram. Amerikada fərqli mədəniyyət, ünsiyyət, həyat tərzi hökm sürür. Qayıtsam da, bunu bir məqsədlə edə bilərəm. Doğmalarım, əzizlərimlə daha çox zaman keçirmək və burada qazandığım həyat təcrübəsi, peşəkar biliyimi insanlarla, xüsusən gənc nəsillə bölüşmək. Amma yenə deyirəm, bu həmişəlik dönüş olmayacaq.

- Çünki daxili azadlığınız musiqinizdən, musiqiniz isə yaşadığınız cəmiyyətdən qidalanır...

- Eynilə. Mənim üçün konsertlərim daxili azadlığımın zirvəsidir. Hər yeni layihəm, ifa etdiyim rok musiqilər mənim üçün azadlıqdır. Ən əsası içimdəki duyğularımı səhnədə utanmadan, qorxmadan üzə çıxardıram. Bundan böyük azadlıq yoxdur.

- Azadlıqdan danışırıqsa, bir sualıma yenidən aydınlıq gətirmək istəyirəm. Farscadan başqa dillərdə oxumağınıza daxili qəlibiniz mane olur?

- Elə götürək “Sareban" mahnımı, səncə, başqa dildə bu sözlər bu qədər acılı, yanğılı ola bilərdimi?

- Yəqin ki, yox...

- Bəlkə də "şərab" sözünün digər dillərdə daha qəlbəyatımlı tərcüməsi var. Əslində bütün dillər gözəldir, istər italyanca olsun, istərsə də fransızca, amma mən "şərab" deməkdən zövq alıram.

- Mən də sizin ifalarınızdan. Özü də Mohsen Namjoonu “Sareban” mahnısından sonra tanıyıb, sevmişəm.

- Çox sağ ol. Bu mahnı mənim səhnə pasportumudur. Ümumiyyətlə, düşünürəm ki, hər bir qadının içərisində bir Leyla yaşayır. Bütün qadınlar azacıq Leyladırlar.

L’image contient peut-être : 1 personne, gros plan

- Riyazi təhsiliniz müsiqinizə təsir edir?

- Belə deyək, mənim üçün riyaziyyat həyata baxış, düşüncə tərzidir. Riyazi bilik adi məişət məsələlərinin də həlli yollarını tapmaq üçün bir vasitədir. Amma desəm ki, emosiyalarım, hisslərim riyaziyyatdan qaynaqlanır, yalan olar. Çünki azadlıq və dəqiqlik bir-birinə tərs mütənasib keyfiyyətlərdir.

- Bizi biz edən uşaqlıqda qazandığımız acı-şirin təcrübələrdir. Uşaqlığınızın ən parlaq xatirəsini bölüşə bilərsiniz?

- Uşaqlığıma qayıtmaq həmişə ürəyimdə bir istilik oyadır. Məşhəddə böyük bir ailədə böyümüşəm. 11, bəlkə də 12 yaşında idim. Belə deyim, özümü yetərincə tanımırdım, gələcəyimlə bağlı da planlar qurmurdum. Musiqi haqda tam anlayışım yox idi. Bir gün musiqiyə marağımın fərqinə vardım. Bir neçə il pulsuz musiqi məktəbində təhsil alandan sonra bu biliyin mənim imkanlarımdan aşağı olduğunu hiss etdim. Həmin vaxt da Məşhədin ən güclü məllimlərindən biri Nəsrullah Nasepur özəl musiqi məktəbi açmışdı. Aylıq ödəniş isə çox baha idi. Ailəmin buna gücü yetməzdi. Bir gün gedib ondan xahiş etdim ki, məni sinfinə pulsuz götürsün və o, bunu etdi. Düz 4 il ərzində Nəsrullah Nasepurdan pulsuz musiqi dərsləri aldım. Bu mənim karyeramın başlanğıcı idi. Müəllimim mənə nəinki musiqini, insanlığı, mərdliyi də öyrətdi. Bildiklərini mənə təmmənasız ötürdü. Bax, bu cəsur insan uşaqlığımın ən parlaq xatirəsidir.

- Azərbaycandan olan digər pərəstişkarınız sizə “Mocir” mahnınız haqda sual ünvanlamağımı istədi. Bu mahnı babanızın sizə yadigarıdır. Bəs siz özünüzdən sonra kimə belə dəyərli yadigar qoymağı düşünürsünüz?

- O zaman yenə uşaqlığıma qayıdaq. 1989-cu ilin yaz ayları idi. Babam ağır xəstəlikdən əziyyət çəkirdi. Xərçəng bütün bədəninə yayılmışdı. Uşaq idim, ölüm, itki nədir, dərk etmirdim. Babam yatağında “Mucir” duasını oxuyurdu. Bacımla ağlımıza bir fikir gəldi. Babamın səsini maqnitofona yazdıq. Özü də boş kaset yox idi, qardaşımın kasetlərindən birini götürdük. O da bizə deyindi. İki ay sonra babam dünyadan köçdü. İllər sonra mən "Mucir" duasını mahnı şəklində babamla virtual duet oxudum. Bu dua 88 bənddən ibarətdir və hər bəndin sonunda Allahın ismi çəkilir. Amma özümdən sonra yadigar qoymaq haqda hələ düşünməmişəm.

- “Şəkveh” mahnınızda isə 100 ilin sərxoşluğundan və axtardığınız şərabxanadan bəhs edirsiniz? O şərabxananı tapdınız?

- Şərabxana burada rəmzi məna daşıyır. Həyatımızın əsas məqsədi arzularımıza qovuşmaqdır. Ömrümüz boyu da bunun uğrunda mübarizə aparırıq. Odur ki, sonunadək axtarışda olacağıq. Tapıb, tapmamaq isə öz əlimizdədir.

- Mohsen bəy, cəmi 42 yaşınız var, amma zülfünüz qar kimi bəyazdır.

- Bunun adətən iki səbəbi olur. Həyat təcrübəsi və müdriklik. Düşnürəm ki, məndə hər ikisi var (Gülür)

- Musiqiyə ayırdığınız zaman yazarlıq fəaliyyətinizi kölgədə qoymur ki?

- Düşünmürəm. 3 musiqi albomum hazırlanacaq. Bundan əlavə yeni kitab yazmışam, onun nəşrini gözləyirəm. Kitabda bir çox məsələlərə toxunmuşam. Bura tarix, analitika və digər mövzular daxildir.

Похожее изображение

-Azərbaycan muğamını ifa etməyi düşünmürsünüz?

-Mən musiqiçiyəm. Muğamı isə özümə çox doğma sayıram. Kitabxanamda muğamla bağlı onlarla kitab var. Təbii ki, Azərbaycan muğamını da dinləyirəm. Əgər bir gün ölkənizdə konsertim təşkil olunsa, məmnuniyyətlə muğamınızı da ifa edərəm.

- O zaman böyük səbrsizliklə gəlişinizi gözləyirik.

- Doğrusu səninlə tanışlığa qədər Azərbaycanda sevənlərimin olduğunu bilmirdim. Gəlməyimi istəyirsinizsə, təşkilatçılığı üzərinizə götürün, konsert proqramını isə mən öz üzərimə götürürəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm