Xüsusi
Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru
Tarixi şəxsiyyətləri zaman yetişdirir və dahilərin əməlləri ilə yazdıqları tarix zamanın səhifələrində, məhzərində əbədiyyətə qədər qalır. Tarixin yaddaşında qalmaq, iz qoymaq isə hərkəsə nəsib olmur. Bu səadət də məhz Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşə bilərdi. Şəxsiyyətin ölkənin və xalqın tarixində oynadığı rolu Heydər Əliyevin həyatının timsalında dərk etmək mümkündür.
Hər il 15 iyun Azərbaycan xalqı Milli Qurtuluş tarixinin 28-ci ildönümünü qeyd edir.
Bir dövr düşünün ki, insanlar küçədə soyulmaq, fiziki təqibə məruz qalmaq qorxusu ilə dolaşır, ölkədə qanunları “yazan və pozan”, “yazılmamış qanunlar” qoyan dəstələr mövcuddur, ordu silahlı qruplaşmaların əlində əsirdir, komandirlərlə məmurlar “nüfuz davası” aparır, çörək növbələrinə dayanır, ölkə bölünmək təhlükəsi ilə üz-üzədir.
Bu gün isə Azərbaycanda xalq hakimiyyəti qurulub. Daha belə deyil.Və ən mühüm, tarix baxımdan ən vacib olanı bu gün Azərbaycan 30 il öncə Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışına qədər itirdiklərini bərpa edib, məğlubiyyət sindromunu sındırıb, qələbə qazanıb. Bu gün qalib Azərbaycan var.
1993-cü ildə Heydər Əliyev xalqın çağırışı və istəyi ilə Bakıya gəldi və 15 iyunda Ali Məclisin sədri seçildi. Çünki Azərbaycan xalqı yaxşı bilirdi ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, bu səbəbdən də sona qədər müqəddəs dua deyən dodaqlar kimi israr etdilər.
Onun ölkəni məhvə doğru sürüklənməkdən, dağılmaqdaqn xilas etmək yolunda atdığı addımlar, əldə etdiyi nəticələr 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş kimi həkk olunmasına səbəb oldu və əsas yaratdı.
Bu gün Azərbaycan ordusu silahlı qruplaşmaların əlində deyil, Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Və ən əsası Azərbaycanda dövlətçilik ənənəsi formalaşdırdı.
1994-cü ildə atəşkəsin əldə edilməsi bu istiqamətdə ən mühüm addımlardan biri idi. Heydər Əliyevin əsas qayəsi Azərbaycanı düşdüyü vəziyyətdən xilas etmək, güc balansını ölkəmizin xeyrinə dəyişmək, zəif ölkəni düşdüyü bataqlıqdan xilas etmək üçün nəfəs almağa imkan yaratmaq idi. Atəşkəsin imzalanması ağır vəziyyətdə olan Azərbaycana bütün potensialını səfərbər etmək, enerji layihələrinin həyata keçirtmək, nizami ordu qurmaq, ölkəmizin əleyhinə olan hərbi-siyasi-iqtisadi vəziyyəti ölkəmizin lehinə dəyişmək üçün vaxt qazanmaq baxımından çox vacib və düşünülmüş addım oldu.
Atəşkəs sazişi bu aspektlərdən əhəmiyyətli nəticənin əldə edilməsinə gətirib çıxardı.
“Əsrin müqaviləsi” imzalanmasına şərait yaratdı. Neft kontraktları Azərbaycanın gələcək inkişafına maddi təminat verdi, ölkəmizin iqtisadi inkişafı, müasir infrastrukturun yaradılması, dövlət proqramlarının, yerli və beynəlxalq layihələrin həyata keçirilməsi, güclü hərbi potensialın formalaşdırılması və digər məsələlərin uğurlu həllinin təməlində məhz “Əsrin müqaviləsi”nin dayanması danılmaz faktdır.
Xarici güclərlə qarşılıqlı bərabərhüquqlu əlaqələrin qurulmasına imkan yaratdı. Ondan əvvəlki dövrdə xaotik, məqsəd və məramı aydın olmayan xarici siyasət Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmasına gətirib çıxartmışdı.
İstər regionda, istərsə də dünyada Azərbaycan təklənmiş vəziyyətə düşdü. Hətta təcavüzə məruz qalmış Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş” qəbul olundu. Hakimiyyətə gəldikdən sonra Heydər Əliyev ölkəmizin xarici əlaqələrinin inkişafı etdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası yolunda ciddi addımlar atdı. Məhz onun müdrik, düşünülmüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən qurtularaq beynəlxalq birliyin layiqli üzvünə çevrildi.
Ermənistan Azərbaycan torpaqlarını işğal etmiş və müharibədə qalib gəlmişdi, lakin strateji olaraq məğlub idi və bu məğlubiyyəti Heydər Əliyev hələ o zaman hazırlamışdı.
1994-cü ildə “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın gələcək inkişafının əsasları yaradıldı, Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi. Ölkədə iqtisadi tənəzzülün qarşısı alındı, əhalinin rifahının yüksəldilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlandı.
1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq hüququn subyektinə çevrildiyi mühüm mərhələdir. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə xalqımız nadir tarixi fürsətdən istifadə edərək öz müstəqilliyini əbədi və dönməz etdi.
Ümummilli lider Heydər Əliyevin apardığı siyasətin başlıca məqsədi torpaqlarımızda işğala son qoymaq idi və o, daim bildirirdi: “Biz Şuşada, bütün Qarabağda bayrağımızı dalğalandıracağıq”.
Hər şey ulu öndər Heydər Əliyevin qurduğu strategiyaya uyğun inkişaf etdi və I Qarabağ müharibəsinin məğlub ölkəsi olan Azərbaycan II Qarabağ müharibəsində ədaləti bərpa etdi. Bu, Heydər Əliyev strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla, düşünülmüş şəkildə davam etdirilməsinin nəticəsidir.
Problemə bu tarixi tipoloji qiymətləndirmələr kontekstindən və eləcə də müasir politoloji aspektlərdən yanaşdıqda xalqımızın görkəmli şəxsiyyəti Ulu öndər Heydər Əliyevin yeritdiyi idarəçilik siyasət müdriklik keyfiyyətləri ilə diqqəti cəlb edir. Həm də xüsusilə vurğulamalıyıq ki, Heydər Əliyev müdrik siyasətçi Lider zirvəsinə heç də təsadüfi, “anidən” deyil, pillə-pillə, ömür sınaqları və iş təcrübələrindən inamla çıxmaqla, yüksək peşəkarlığa yiyələnməklə ucalıb.
Prezident İlham Əliyev “güclü Azərbaycan” konsepsiyasını reallaşdırdı. Bu, müstəqil siyasət, milli təhlükəsizliyin təmin edilməsi, bütün sahələri əhatə edən köklü islahatlar, nəhəng enerji layihələrinin davam və inkişaf etdirilməsi, yeni nəqliyyat-kommunikasiya layihələrinin icrası, müasir cəmiyyət quruculuğu, insan kapitalının formalaşdırılması, rəqabətədavaml iqtisadi potensialın yaradılması, güclü və peşəkar ordu quruculuğu, Azərbaycanın özünü beynəlxalq münasibətləri sisteminin müstəqil və nüfuzlu subyekti kimi təsdiq etməsi siyasətidir.
- Əhalinin sosial rifahı təmin edilir, uğurlu sosial siyasət aparılır;
- İnsan kapitalı formalaşdırılır, intellektual potensial milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilir, Sosial-iqtisadi inkişaf təmin edildi, rəqabətədavamlı iqtisadi potensial formalaşdırıldı, Mühüm enerji və nəqliyyat layihələri həyata keçirildi: XXI əsrin müqaviləsi – Cənub Qaz Dəhlizi reallaşdı, Regionların inkişafı, müasir cəmiyyət quruculuğu, cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsi və müasirləşməsi həyata keçirildi, Köklü islahatlar aparılır, şəffaf idarəçilik qurulur, neqativ hallar aradan qaldırıldırılır, Azərbaycanın beynəlxalq nüfuzu artır, güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələr inkişaf etdirilir, nəticədə, ölkəmiz regional lider və mərkəz statusunu əldə edib, Güclü ordu quruculuğu, müdafiə sənayesinin yaradılması daim prioritetdir.
Heydər Əliyev Azərbaycan xalqının milli dövlətçilik ənənələrini yaşatdı və inkişaf etdirdi, ümummilli lider tərəfindən əsası qoyulmuş siyasət dağılaraq məhv olmaq təhlükəsindən qurtulan Azərbaycanın dünyada sayılıb seçilən, güclü, qalib dövlətə çevrilməsini təmin etdi.
Bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyev 30 illik işğala son qoydu, Qarabağ azad edildi və bu gün təkcə regionda yox, qlobal siyasətdə həlledici aktora çevrilən Azərbaycan var.
1993-cü ildə Azərbaycanı məhv olmaqdan xilas edən Heydər Əliyevin uzaqmənzilli strategiyasını davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan qalib Azərbaycandır.
Xüsusi qeyd: Yazı “Yeni Azərbaycan Partiyası “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsi” üçün təqdim edilir
Ayşən Rəhimova
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?