Sallanma sırğa dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Sallanma sırğa dəbi - FOTOLAR

Aksessuarlar geyimi tamamlayan ən əhəmiyyətli detallardır. Xüsusən, sırğalar qadının üz ifadəsini dəyişir. Ona görə də bu aksessuarlar bütün qadınlar üçün çox özəldir.

Publika.az-ın dəb bölməsi bu yazıda xanımları son aylarda dəbə minən sırğalarla tanış edir.

Son dövrdə dəb dünyasında sallanma sırğaları çox aktualdır. Onlar elə eleqantdır ki, ondan başqa bəzəyə ehtiyac qalmır. Xüsusi materiallarla hazırlanmış və təbii daşlarla bəzədilmiş bu sırğalar əsl sənət əsəridir.

Sallanma sırğaların forması müxtəlif ola bilər. Onların damcı şəklində uzanmış, kvadrat və ya digər həndəsi versiyaları qulaqda çox qəşəng görünür. Həmçinin mürəkkəb dekorla da ola bilər.

Bəzi dizaynerlər isə bir qulağa, bir sallanma sırğa taxmağı təklif edirlər. Bu zaman sırğa mütləq mürəkkəb dekorlu və ağır olmalıdır. Bu istiqaməti “Celine”, “Louis Vuitton”, “Isabel Marant” və digərlərinin dizaynerləri dəstəkləyir.

Bundan başqa, klassikaya sadiq qalan modapərəstlər də sallanma sırğaların zərif və romantik ansambllarını tapa bilərlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm