Maksi ətəkləri necə kombinləməli? - FOTOLAR
Bizi izləyin

Dəb

Maksi ətəkləri necə kombinləməli? - FOTOLAR

Maksi ətəklər dəbdən düşməyən, həm şıq, həm də rahat geyimlərdəndir. Yay aylarında hər kəsin vazkeçilməzi olan bu ətəklər qarşıdakı payız mövsümündə də dəbdən düşməyəcək.

Bəs, maksi ətəklərlə gözəl və dəbli görünmək üçün nə etməli?

Publika.az maksi ətəkləri düzgün kombinləməyin yollarını araşdırıb:

Əvvəlcədən qeyd edək ki, bu il bohem tərzində olan maksi ətəklər daha dəbdədir. Mavi, yaşıl, göy, tünd çəhrayı rənglərdə olan, çiçək naxışlı, zolaqlı maksi ətəklərdən hər hansı birini qarderobunuza daxil edə bilərsiniz.

Təbii ki, şıq görünməyin ilk qaydası geyimi bədən formasına uyğun seçməkdir. Əslində, maksi ətəkləri hər kəs geyinə bilər. Ancaq boyunuzu, çəkinizi mütləq nəzərə almalısınız.

Qısaboylular daha uzun görünmək üçün maksi ətəyi yaxası V formasında olan kofta və ya trop, hündürdaban ayaqqabı ilə geyinməlidirlər. Naxışlı modellər əvəzinə sadə ətəklərə üstünlük vermələri məsləhət görülür. Kök qızlar maksi ətəyi idman ayaqqabısı ilə geyinməməlidirlər. Keta və ya babet əvəzinə hündürdaban ayaqqabı seçsələr, yaxşı olar.

İrisinəli xanımlar hündürbel maksi ətəklərə üstünlük verməlidirlər. Əgər omba və ayaqlar kökdürsə, tünd rənglərdə olan ətəklər alın.

İndi isə keçək maksi ətəkləri doğru kombinləməyə. Əslində, bu, elə də çətin deyil. Çünki demək olar ki, maksi ətək hər şeylə uyğunlaşır. Yuxarıda dediklərimizi nəzərə alaraq istər idman ayaqqabısı və qısa top ilə, istərsə də, şıq bir kofta və hündürdaban ayaqqabı ilə kombin edə bilərsiniz. Stiletto ayaqqabılar da maksi ətəklərlə yaxşı yaraşır. Fikir verməli olduğunuz digər bir nüans isə, naxışlı və printli ətəkləri sadə, birrəng koftalar və aksessuarlarla kombinləməkdir.

Yay aylarında aldığınız ətəkləri payız mövsümündə də geyinə bilərsiniz. Bunun üçün ətəyinizi qısa parça pencək və ya cins pencəklə kombinləməyiniz kifayətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm