Dünya şöhrətli brendin yeni kolleksiyası nümayiş olunub - FOTOLAR
Bizi izləyin

Dəb

Dünya şöhrətli brendin yeni kolleksiyası nümayiş olunub - FOTOLAR

Dəbi yaxından izləyənlər hər yeni kolleksiyanın nümayişinə böyük maraq göstərir. Xüsusən, “Burberry”nin hər yeniliyini səbirsizliklə gözləyirlər. Dünya şöhrətli məşhurlar da bu moda evinin heç bir kolleksiyasını nəzərdən qaçırmır. Çünki onlar da əfsanəvi moda evinin nə ilə təəccübləndirəcəyi ilə maraqlanırlar.

Əlbəttə ki, bu dəfə də istisna olmadı.

Publika.az xəbər verir ki, dünən London dəb həftəsi çərçivəsində Britaniya brendi olan “Burberry”nin yeni kolleksiyası nümayiş olunub.

Əlvan rəngli çiçək naxışları ilə zəngin yay kolleksiyasından sonra, “Burberry”nin London moda həftəsi çərçivəsində nümayiş olunan payız kolleksiyasında tünd rənglər üstünlüyü ələ alıb. Dəb evinin kreativ direktoru Kristofer Beyli 2016-cı ilin yazında tünd rəngli geyimlər təklif edir. Buna baxmayaraq, kolleksiyada açıq rənglər və çiçək təsvirləri də öz əksini tapıb.

Kristofer də bir çox həmkarları kimi yeni kolleksiyasında yarıq, kəsik və dekoltelərdən geniş istifadə edib. Belə ki, paltarlar bir qədər qısalıb, parçalarda şəffaf materiallar üstünlük təşkil edib.

Beyli bu nümayişdə daflkot (qalın yun parçadan və kapüşondan ibarət olan qısa və düymə ilə bağlanan palto) palto, plaş və ponçolar təklif edib.

Krujevalı donların və həcmli bel çantalarının isə mövsümün trendi olacağına şübhə yoxdur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm