Dəb
Güclü və seksual cazibəyə malik rəngin əsas üstünlükləri – FOTOLAR
Payızın qızğın vaxtı olduğu üçün mövsüm ona uyğun rəng seçimində ehtiyatla davranmağı tələb edir. Publika.az-ın dəb bölməsi xəbər verir ki, ötən ilin dəb gündəmini zəbt edən tünd-qırmızı bu il də aktualdır.
Bəzi markalar öz yeni kolleksiyasını hazırlayarkən zoğalı və ya şərab tonlarından ilham alıblar. Nisbətən açıq, bəziləri isə qaraya çalan rəngə üstünlük veriblər. Hansının gözəl olduğu zövqə görə dəyişir.
Zoğalı universal, cəlbedici və dəbli rəng olduğundan digər rənglərə asanlıqla uyğunlaşır. Kifayət qədər güclü və seksual cazibəyə malik rəngin əsas üstünlüyü, demək olar ki, hər kəsə yaraşmasıdır. Lakin qışın tutqun günlərində vampir kimi görünmək istəmirsinzisə, zoğalı rəngli geyimi aksessuarlar və açıq rənglərlə qarışdıraraq boğuq görünməyin qarşısını ala bilərsiniz.
Zoğalı özəl gecələrdə, romantik axşam yeməyində ən çox üstünlük verilən klassik qırmızı libaslara nəinki bərabər tutulur, həm də ona cəlbedici alternativ olaraq göstərilir. Həmin rənglərdə tikilən ziyafət libasları da çox zəngin və təmtəraqlı görünür.
Gecə obrazı üçün zoğalı ziyafət libasını dəri gödəkcə və tünd-zoğalı dodaq boyası ilə vurğulamağa çalışın.
Klassik mavi cinslə şərab tonları bir-birinə çox yaraşır. Ayaqqabı və çantanı zoğalı rəngdə seçərək minimalist tərz yarada bilərsiniz.
Zoğalı rəngi ən gözəl tamamlayan tonlardan biri açıq bej tonlarıdır. Bu tonu bej rəngli hər hansı bir geyimlə tamamlamaq ən uğurlu dəb hiylələrindəndir.
Payız-qış mövsümünün ən trend rənglərindən biri olan tünd-göy rəngi zoğalı rəngi uğurla müşayiət edir. Bu rənglərin də dueti olduqca təsirli alınır.
Çox rəngli geyinməyi sevməyən minimalistlər ayaqqabı, köynək, şalvar və ətəyini zoğalı seçə bilərlər.
Xüsusi qeyd etmək lazımdır ki, zoğalı tonları kişisayağı geyimlərdə effektli alınır.
Bir çox dəri tonları ilə uyğun gələn zoğalı qürurverici və gözəlliyi üzə çıxaran rəngdir. Belə ki, güclü və alovlu təsiri ilə dırnaqlara, yanaqlara, gözlərə, dodaqlara da eyni dərəcədə heyranedici görünüş verir.
Biz tünd-qırmızı dəbi ilə ayaqlaşan qlamurların bir neçə obrazını seçmişik. Onlardan ilham alaraq siz də öz stilinizi yarada bilərsiniz.
Aytən
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR