• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

İşgüzar qadının dəb təlimatları ilə tanış olun

  • Dəb
  • 3 May 2016 16:15
  • 1 093 Baxış
İşgüzar qadının dəb təlimatları ilə tanış olun

İşgüzar qadınların müasir trendlərlə ayaqlaşması, eyni zamanda balansı saxlaması heç də asan deyil. Bəs həddən artıq ciddi və sərt görünməmək üçün, yaxud da ekstravaqant geyimlərlə rəhbəri qorxutmamaq üçün nə etmək lazımdır? Bu suallara cavab axtarırsınızsa, Publika.az-ın dəb təlimatlarını oxuyun!

Formasız kostyumlar almayın

Anlaşılmaz fasonlu kostyumlar işgüzar üslubun “baş bəlası"-dır. Formasız kostyumları yaşından asılı olmayaraq, bütün qadınlarına geyinmək tövsiyə olunmur. Onlar hətta ən gözəl bədən quruluşunu mütləq korlayacaq və zövqsüz xanıma çevirəcək. Biz əyində boş oturan sallanmış, inkubator kostyumların yerinə, daha maraqlı variantlar təklif edirik. Məsələn, uzun bleyzer, yubka-şalvar, enli şalvar, dar qələm ətəklər və.s

İki rəngdə ilişib qalmayın

Ağ bluz, qara pencək və yubkanın vəhdəti klassik məktəbli uniforması ilə assosiasiya olunur. Əgər hiss edirsiniz ki, sizin bütün iş obrazlarınız ağ-qara qammadadır, onda qarderoba başqa rənglər əlavə etmək vaxtıdır. Əlbəttə ki, biz sizə al-əlvan çalarları təklif etmirik, amma pastel və boğuq qara rənglər sizi daxırdırıcı olmaqdan xilas edəcək. Yeri gəlmişkən, boz rəng barədə qəti unutmaq olmaz. Boz rəng haqqında onu demək olar ki, onlar həmişə dəbli görünür və bahalı təsiri bağışlayır.

Ayaqqabı birinci yerdədir

Seçdiyiniz geyimlər maraqsız olsa belə, qəşəng ayaqqabı obrazı tamamilə dəyişməyə qadirdir. Bu baxımdan işgüzar qadın obrazının uğurlu alınması üçün ayaqqabı seçimi vacibdir. Əgər dress-kod qaydalarına daxil deyilsə, işə hündürdaban ayaqqabılarda getməyə məcbur deyilsiniz. Əyində kip oturan kostyumla lofer, yaxud kişi üslubuna aid digər ayaqqabılar da eyni dərəcədə yaxşı qalacaq.

Qaralmış dəri təsiri bağışlayan kolqotqaları tullayın

Bu rəngli kolqotqa sahibinin zövqsüzlüyündən xəbər verir. Dolabınızda qalıbsa, bu mühüm işi elə indi yerinə yetirin - qaralmış dəri təsiri bağışlayan kolqotqaları dərhal tullayın.

Köhnəlmiş trikotaj

Gülüş hədəfi olmaq istəmirsinizsə, köhnəlmiş, rəngi solmuş, genəlmiş trikotajları işə geyinməyin.

Özünüzə baxın

Ofisdə əsas öhdəliyiniz vəzifələrinizi yerinə yetirmək olsa da, rəhbərlik əməkdaşların xarici görünüşünə həmişə diqqət yetirir: genəlmiş sviter geyinən pinti qız və ya boş kostyum çətin ki, uğurlu əməkdaş imici ilə assosiasiya olunsun...

Təbii makiyaj və səliqəli saç düzümü

Hər gün yuxudan durub ağır makiyaj etmək lazım deyil, döyüşə hazırlaşmırsınız. Birincisi, çox ağır makiyaj dərini nəfəs almağa qoymur, ikincisi ifrata varmaq sizi daha yaşlı göstərir.

Nənəsayağı görkəm

Yun şallar, masanın altında gizlətdiyiniz toxunma corablar sizə əlavə xal gətirməyəcək. Bu detallar sizə ancaq "yaşlı nənə" statusu qazandıracaq. İşdə donmamaq üçün sadəcə havaya uyğun geyinmək kifayətdir.

Büzmə haşiyələr və artıq dekorasiya yolverilməzdir

Həddən artıq bəzəklər ofis stilində yolverilməzdir. Onlar müasir qadının işgüzar stilinə kölgə salır. Qulaqlarda sallanmış böyük sırğalar, boyuna dolanmış mirvari boyunbağı, qalın qolbaqlar öz sahibəsinə asanlıqla 10 yaş əlavə edəcək. Cəlbedici bəzəklərlə ciddi işgüzar üsluba rəng qatmaq cəhdi məğlubiyyətə məhkumdur. Yadda saxlayın ki, 20 yaşlı qızın 45 yaşlı biznes-ledi kimi görünməyə çalışması həmişə gülməli görünür.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>