• USD 1,7008 0,00% EUR 1,9963 -0,36%
    • GBP 2,1926 -0,12% RUB 0,0287 +0,35%

Yayın sevilən trendi: güllü sarafanlar - FOTOLAR

  • Dəb
  • 7 May 2016 18:36
  • 5 226 Baxış
Yayın sevilən trendi: güllü sarafanlar - FOTOLAR

Boho stili dəbdən düşmür, lakin o, bu mövsüm xeyli dəyişib: Daha incə, təmkinli və minimalist tərzdə təqdim olunub. Etnik naxışlar, rəng palitrası daha aristokratik və nəcib olub. Həmçinin, məxmər, ipək parça və tikmələrin boğuq çalarları dəbdədir. Boho tərzi onu sevənlər üçün öz unikal yolunu yaratmağa yaradıcı azadlıq verir, ciddi qaydaları yoxdur, bu tərz fərdiliyi vurğulamaq üçün ən yaxşı yoldur.

Bu gün dizaynerlər boho-şıq obrazlar yaratmaq üçün neytral aksessuarlar təklif edirlər. Əgər əvvəllər saçaqlı çantanı, jileti və döşəməyə qədər uzanan etnik naxışlı paltarı birlikdə istifadə edirdinizsə, bu mövsüm belə ifratlardan imtina etmək yaxşıdır. Etnik aksessuarlar, saçaqlar və kovboy motivləri, çox üsyankar ruh, müxtəlif dövrlərin və mədəniyyətlərin qarışığı dəbdə öz sözünü deyir.

Romantik minimalizm

Şıq boho obraz yaratmaq üçün ilk növbədə minimalizm qaydalarına riayət etməlisiniz. Bəli, minimalizm artıq boho üslubunda da hiss olunacaq. Daha əvvəlki kimi qolları bilərziklə, barmaqları üzüklə doldurmaq, uzun sırğalar taxmaq, saçaq detallarından eyni anda istifadə etmək zövqsüzlük sayılır, onlar arasından yalnız biri üzərində qərar verin. Yeri gəlmişkən, döşəməyə uzanan volanlı donları əlavə bərbəzəklə yükləməyin, hətta makiyaj da çox az olmalıdır.

Qranj və idman üslubu

Qranj hərfi mənada çirkab, zibil kimi tərcümə olunur. Qranj üslubu çirkli, amma cəzbedici, bütün mümkün qadağaları pozam geyim tərzidir. Bu üslubun əsas xüsusiyyəti səliqəli, klassik geyim tərzinin inkarıdır. Dizaynerlə bu mövsüm bu kobud geyim tərzi ilə romantik boho üslubunu birləşdirməyə qərar verib. İndi qranj tərzində kobud çəkmələrin, bomber və cins gödəkcələrin, hətta kişi köynəklərinin romantik donlarla ziddiyyətli vəhdəti dəbdədir. Bir çox dizaynerlər güllü sarafanları kazak çəkmələri ilə geyinməyi təklif edir. Yay aylarında bu donlar səndəllə, gecə dəvətlərinə isə zərif dikdabanla geyinə bilərsiniz.

90-cı illərin estetikası

Uzun sarafanları geyinmək üçün havaların isinməsini gözləmək lazım deyil. Onların altına sadəcə ağ bluz, qısaqol köynək geyinin, onda obraz daha maraqlı və müasir alınacaq, həm də 90-cı illərin minimalist estetikasını xatırladacaq. Uzun sarafanları utanıb çəkinmədən nazik corab və bosonojka ilə də birləşdirib orijinal üslub nümayiş etdirə bilərsiniz.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>