Yaz və yay üçün aktual dəstlər – FOTOLAR
Bizi izləyin

Dəb

Yaz və yay üçün aktual dəstlər – FOTOLAR

Klassik xallı naxışlar yenidən aktualdır. Publika.az xəbər verir ki, havaların isinməsi ilə xallı donlar, yubkalar, ətəklər və köynəklər baharın ən populyar trendi olub. Xallı naxışların yalnız retro tərzinə aid olduğunu düşünürsünüzsə, yanılırsınız. Biz sübut edəcəyik ki, belə deyil.

Yaz və ya yay interpretasiyasının ən dəbli təcəssümü olan xallı naxışların daha xırda və rəngarəng variantları dəbdədir. Klassik ağ-qara xallı naxışlardan fərqli olaraq, onlar müasirlik duyğusu yaradır. Yeri gəlmişkən, bu naxışları nə ilə birləşdirməyi planlaşdırdığınız da vacibdir. Burada iki variant var: minimalizmi üstün tutanlar, əksinə, parlaq və aydın obrazları sevən modapərəstlər. Birinci halda xallı naxışları neytral və tək rəng geyimlərlə birləşdirməyi tövsiyə edirik. Bu, təkrəng şalvar, yubka-şalvar və ya cins ola bilər. Belə dəst hətta ofis stili üçün də uyğundur.

Siz istənilən dəb sınaqlarına hazırsınız? O halda xallı printləri, həndəsi naxışlarla uzlaşdırın. Lakin onların bəbir və çiçək printləri ilə ahəngdar vəhdətini yaratmaq çətin olacaq, ona görə də ən yaxşı risk etməməkdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm