Dəb
Bilmədiyimiz 16 MƏLUMAT: Napoleon ona görə... - FOTOLAR
Bütün dövrlərdə modanın insanların həyatına böyük təsiri olub. Ən qədim zamanlardan insanlar cəmiyyətdə vəziyyətini və ya statusunu geyim və aksessuarları ilə vurğulayıb.
Publika.az moda ilə yaxından maraqlanan xanımları dəblə bağlı qəribə məlumatlarla tanış edir:
1. Geyim mağazası ilk dəfə Romada açılıb.
2. Qədim zamanlarda kişilər köynəyin yaxalığının dik qalması üçün xüsusi boyunluq taxırdı. Belə boyunluqlara “ata qatili” deyilməsinin səbəbi bir çox kişinin bunları taxarkən boğularaq ölməsidir.
3. Dünyanın ilk kişi moda jurnalı 1678-ci ildə Fransada çap edilib. Qadınlar üçün ilk moda jurnalı isə 10 il sonra işıq üzü görüb.
4. “Lacoste” brendinin timsah loqosu bir dizayner tərəfindən hazırlanan ilk loqodur.
5. Neil Armstronq və Buzz Aldrinin geyindiyi kosmos formaları alt paltarı istehsalçısı olan “Playtex” firmasının məhsuludur.
6. Napoleonun əsgərlərinin geyimlərinin qollarına düymələr tikdirməsinin əsas məqsədi hərbçilərin burunlarını qollarına silməsinin qarşısını almaq olub. Məlumat üçün bildirək ki, Napoleon müharibədə qalib gələndə əsgərlərinə bahalı ətirlər hədiyyə edərmiş.
7. Rus əsgərləri rəsmən corab geyməyə 2007-ci ildə başlayıb, ondan əvvəl onlar ayaqlarını bez parçası ilə sarıyırdılar.
8. İlk hündür dabanlı ayaqqabı Fars İmperiyasında yaranıb və onu kişilər geyinibmiş. Fars süvarilər ata minəndə tarazlığı qorumaq üçün dikdaban ayaqqabı geyirdilər.
9. Yunan fahişələr başqa qadınlardan fərqlənmək üçün ayaqqabılarının arxasına "Məni təqib et" kimi cümlələr yazılmış etiketlər yapışdırardı.
10. Kraliça Viktoriyanın toyundan əvvəl ağ matəm rəngi sayılırdı.
11. Psixoloji araşdırmalara görə, insanlar naxışlı parçalara daha uzun müddət baxır. Eləcə də naxışlı paltar geyinən insanlar daha kök görünür.
12. Orta əsrlərdə Avropada insanların sosial statusları geyindikləri paltarın rənginə görə müəyyən edilirdi. Zadəganlar qırmızı, kəndlilər qəhvəyi və boz, tacirlər, bankirlər və yuxarı təbəqəyə adi olan insanlar isə yaşıl geyərdilər.
13. Cənubi Koreyada dəb polisləri fəaliyyət göstərir. Onlar qadınların ətəklərinin uzunluğunu ölçür. Əgər ətək çox qısa olarsa, o qadınlara əvvəlcə xəbərdarlıq edilir. Həddi çox aşıbsa, o halda həbs olunur.
14. Çimərlik geyimləri ilk yarandığı illərdə İtaliya, İspaniya və Avstraliyada qadağan olunmuşdu.
15. XIX əsrə qədər uşaq mağazaları fəaliyyət göstərməyib. Uşaqlar böyüklərin paltarlarını geyinmək məcburiyyətdə qalıb.
16. İnanılmaz səslənsə də, ilk büstqalter qayışı ideyası məşhur yazıçı Mark Tvenə aiddir.
Aytən
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi