• USD 1,7001 0,00% EUR 2,0949 -0,53%
    • GBP 2,3770 +0,03% RUB 0,0300 -0,33%

“Dikdaban geyinəndə sevgilin balaca görünürsə...”

  • Dəb
  • 9 Avqust 2016 16:15
  • 1 845 Baxış
“Dikdaban geyinəndə sevgilin balaca görünürsə...”

Qarderobda bir əşya çox şey barədə düşünməyə vadar edir.

Publika.az məşhurların ayaqqabı barədə dediyi sitatları təqdim edir.

"Qadına düzgün ayaqqabı verin, o, bu ayaqqabılarda dünyanı fəth edə bilər". Merilin Monro

"Siz hündürdabanlı ayaqqabılar olmadan yüksək cəmiyyətə daxil olmaq fikrindəsiniz?" Sonya Rikel

"Hündürdabanlı ayaqqabı geyinməyəndə fikrimi cəmləyə bilmirəm". Viktoriya Bekhem

“Dikdaban ayaqqabılar qadını hətta paltarda çılpaq göstərə bilmək üçün düzəldilir”. Kristian Labuten

“Ata öz qızına 18 yaşı tamam olanda dikdaban ayaqqabı alacağını və dodaq boyası alacağına söz verdi. Qızın 18 yaşı tamam oldu, lakin ikisi də dəbdən düşdü”.

“Əgər dikdaban geyinəndə sevgilin boyca səndən balaca görünürsə, ikincini başqası ilə əvəz et. Dikdaban ayaqqabılardan imtina etməyəcəksən ki?!”

“Qadınlar, adətən, öz ayaqqabılarına çox diqqət ayıra bilmir, hətta onların ümumi yekun görünüşdə heç bir payı olmadığını düşünürlər. Lakin unutmaq lazım deyil ki, ayaqqabılar qadının mötəbərliyini, sanballığını vurğulayan əsas detaldır”.

"Hündürdabanlı ayaqqabıları qadın icad edib, hansı ki, onu həmişə alnından öpürdülər". Kristofer Morli

"Əgər qarderobdakı bir cüt qara stilettolar səni gülümsəməyə məcbur edirsə, onda onlar sənin ödədiyin puldan çox baha başa gəlir". Xolli Qolaytli

"Ərsiz qadına bəzən həyatda təkbaşına yürümək asan olmur, ona görə də tufli seçiminə çox ehtiyatla yanaşmaq lazımdır. Axı onlar bu çətin yolu bəzəməyə kömək edir". Kerri Bredşou

"Mənə ayaqqabı verin və mən insan çəkərəm". Pablo Pikasso

"Arzularının ayaqqabılarında yerimək başqa arzularını da reallaşdırmağa yaxınlaşmaq deməkdir". Roje Vive

"İnsanlar özləri özünə problem yaradır, onları heç kim darıxdırıcı peşə seçməyə, səhv insanlarla evlənməyə və ya narahat ayaqqabıları almağa məcbur etmir”. Faina Ranevskaya

"Əgər saçlarınız səliqə ilə daranıbsa və ayaqqabılarınız gözəldirsə, onda siz istənilən küçəyə gedə bilərsiniz". Ayris Apfel

“Ayaqqabılar hündür daban və ya platforma olmalıdır ki, qadın gözəlliyi kürsüyə qoyulsun. Vivyen Vestvud

"Orta təbəqəli qadın bir ildə yeddi dəfə aşiq olur. Onlardan altısı ayaqqabılardır". Kennet Koul

"Ayaqqabılarıma baxıb "İlahi! Onlar necə rahat görünür!" deyən insanlara nifrət edirəm”. Kristian Labuten

"Mən hündür dabanlı ayaqqabıları kimin ixtira etdiyini bilirəm, bütün qadınlar ona bu ixtirasına görə borcludur". Merilin Monro

"Bir cür yaxşı ayaqqabıları almaq, üç cüt pis ayaqqabı almaqdan daha yaxşıdır". Marlen Ditrix

"Hündürlükdən qorxmuram, siz mənim ayaqqabılarımı gördünüz?" Kerri Bredşou

"Qadınlar "hündür dabanlar" və "baletkalar"-a bölünürlər. Ayaqqabı tipi baxımından deyil, həyata və özünə münasibət baxımdan... Mark Ceykobs

"Bir tufli sənin həyatını dəyişə bilər". Zoluşka

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>