Krallığın sevimli gəlini üç min dollarlıq romantik sarafanı ilə ilhamlandırdı – FOTO
Bizi izləyin

Dəb

Krallığın sevimli gəlini üç min dollarlıq romantik sarafanı ilə ilhamlandırdı – FOTO

İngiltərə kral ailəsinin sevimli gəlini bu dəfə romantik qırmızı sarafanı ilə diqqət mərkəzində olmağı bacarıb.

Publika.az xəbər verir ki, Şahzadə Uilyam və Keyt Middlton Almaniyaya səfərinin birinci günü Britaniya səfirinin iqamətgahında axşam qonaqlığıyla başa çatıb. Hersoginya Keyt gecə üçün “Alexander Mcqueen” moda evindən yüngül və zərif sarafan seçib.

Dəyəri üç min dollardan baha olan libas Keytin ən çox alış-veriş etdiyi lüks brendəndir. Şahzadə Uilyamın həyat yoldaşı parlaq obrazını “Prada”dan üstü açıq ayaqqabılarla tamamlayıb.

Hersoginyanın son çıxışlarında saçlarının stilini dəyişməsi də nəzərdən qaçmayıb. Saçlarını qısa kəsdirən hersoginya onların daha həcmli görünməsi üçün dalğalı buruqlar atdırıb. Onun bu tərzinə saç ustaları hətta xüsusi “Kob” adını fikirləşiblər. Makiyajda isə sadəliyə üstünlük verən stil ikonası gözlərini azca vurğulamaqla kifayətlənib, dodaqlarını isə neytral pomada ilə rəngləyib.

Xatırladaq ki, hersoq və hersoginya Avropa turu çərçivəsində uşaqlarla birlikdə artıq Polşada olub, Almaniyaya üç günlük səfər ərzində onlar Berlin, Hamburq və Heydelberqi ziyarət edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm