Kraliçaların PALTO DƏBİ - FOTOLAR
Bizi izləyin

Dəb

Kraliçaların PALTO DƏBİ - FOTOLAR

Müasir dövrün kraliça və hersoginyaları nə cür palto geyinirlər?

Əgər klassik tərzdə geyinməyi sevirsinizsə, onda ciddiliyi və eleqantlığı ilə ilham verən kraliçaların palto dəbini nəzərdən keçirməyə dəyər. Aydın məsələdir ki, statusları kral ailələrinin xanımlarını ciddi dres-kod qaydalarına əməl etməyə məcbur edir. Lakin bu, o demək deyil ki, kraliça və hersoginyalar dəb tendensiyalarını inkar edir. İspaniya kraliçası Letisiya, İordaniya kraliçası Raniya və böyük Britaniyanın stil ikonası və hersoginya Keyt Middlton klassik paltoları müasir dəbə uyğun don və şalvarlarla geyinə bilir.

Publika.az bu yazıda modapərəstləri zədəgan ailələrinin ən yaxşı geyinən xanımlarının palto dəbi ilə tanış edib.

Kraliça Letisiya

İspaniya kraliçası universal modellər və klassik rənglərə üstünlük verir. Onun qarderobunda tünd göy, boz, qara və qəhvəyi birrəngli paltolar var. Letisiya paltoları həm klassik şalvar, həm də donlarla geyinir.

Keyt Middlton

Kembric hersoginyası əlvan rənglərdən qorxmur. Keytin demək olar ki, göy qurşağının bütün rənglərində üst geyimləri var. Son vaxtlar Keyt Middlton payız mənzərələriylə daha çox uyğunlaşan sakit və bir qədər boğuq rənglərə üstünlük verməyə başlayıb.

Kraliça Raniya

İordaniya kraliçası bir qayda olaraq bədən quruluşunu ideal şəkildə vurğulayan paltolar seçir. O, incə belini ön plana çıxartmaq üçün demək olar ki, həmişə paltoların kəmərli versiyaları üzərində dayanır. Raniya ultradəbli modelləri sınaqdan keçirməkdən qorxmur. Məsələn, “Fendi” moda evinin üçrəngli plaşı bunun parlaq nümunəsidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm