Əhvali-ruhiyyəni qaldıran üst geyim dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Əhvali-ruhiyyəni qaldıran üst geyim dəbi - FOTOLAR

Bakı baharı hər zaman olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq bizi intizarda saxlayır. Havalar bir balaca istiləşsə də, güclü külək baharın gəlişindən zövq almağa imkan vermir. Publika.az küləkli havalar üçün uyğun olan bir neçə nazik palto seçib.

Məsələn, bu bahar minimalizm həvəskarlarını sevindirir. Belə ki, yığcam, sadə modellər daha çox dəbdədir. Əsas yeri klassik və qadın bədən quruluşunu vurğulayan paltolar, bol kəsimli mantolar və ponçolar tutur. Rənglərə gəldikdə, mövsümün tələbləri nəzərə alınıb. Odur ki, burada təvazökarlıq etməyə ehtiyac yoxdur. Açıq çəhrayı, mavi, sarı, ağ, hətta parlaq qırmızı kimi rənglər seçə bilərsiniz. Rəngli üst geyimləri ümumi əhval-ruhiyyəyə də müsbət töhfələr verir.

Pastel rəngləri iş üçün idealdır. Diqqət çəkən rəngləri dəvətə, bazar günləri gəzintiyə gedərkən geyinə bilərsiniz.

Yeri gəlmişkən qeyd edək ki, qeyri-standart palto-xalat modelləri bu il trenddir. Palto-xalat həm stiletto, həm idman ayaqqabıları, həm də qısa boğaz botlarla əla görünür.

Printlərdən danışsaq, birinci yerdə şərti olaraq ağ-qara zolaqlar gəlir. Gül motivləri də yenidən trendlər arasında özünə yer tutub.

Əlbəttə ki, bir çox ulduzların üstünlük verdiyi yazın ən dəbli üst geyimi sayılan zamşa modellərini unuda bilmərik. 70-ci illərin hippi stilində tikilən saçaqlı, qəhvəyi üst geyimləri bahar aylarında da əvvəlki aktuallığını qoruyub saxlayır.

Son illərdə heç bir kolleksiyanı cins olmadan təsəvvür edə bilmərik. Yazda cinslərin rəngi açılır. Bu universal materialın qeyri-standart istifadə tendensiyası da davam edir. Mağazalarda cins plaşlara və platolara daha tez-tez rast gəlinir.

Bir sözlə, bu bahar alış-verişin maraqlı və məhsuldar olacağını vəd edir... Alış-verişiniz uğurlu olsun!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm