• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dəb tarixində ən utancverici geyimlər - Fotolar

  • Dəb
  • 10 Yanvar 2015 22:10
  • 3 250 Baxış
Dəb tarixində ən utancverici geyimlər - Fotolar

Dəb insanın özünə yaraşanı geyinməsidir və onun biabırçılqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Dizaynerlərin sərhəd tanımayan fantaziyaları isə qadınlara bəzən yaraşanı deyil, özlərinin diktə etdiyi trendləri geyinməyə sövq edir. Hər il bahalı brendlər tərəfindən yaradılan dəb trendləri mağazaların vitrinlərini bəzəyir. Dolayısı ilə alış-veriş etdiyimiz zaman istər-istəməz marağımızı çəkdiyi üçün bu moda cərəyanlarından biz də təsirlənirik.

Bu dəb axınları adətən özünü yalnız podiumlarda göstərə bilib. Və ya onlar sadəcə ekstravaqant tərzindən imtina etməyən qadınlara xitab edə bilib. Amma dəyişən ciddi bir şey olmadı. Öz stilinə sadiq qalan qadınları bu trendlər yoldan çıxara bilmədi, qadınları çoxu onları nə qarderobuna, nə də öz üzərində tətbiq etməyə cəsarət etmədi. Öz tərzinə sadiq qalmağı bacaran və dəbin tez ötüşən trendlərini özünə yaxın buraxmayan qadınlar isə həqiqətən də alqışa layiqdir.

Publika.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə bir çoxumuzun uzaq olduğu, hətta görəndə başını yan çevirdiyi, dəb tarixində böyük səs-küy yaratmış ən uğursuz cərəyanlardan bəhs edəcəyəm. Biz hətta ən tanınmış dizaynerlərin diktə etdiyi bu qəribə trendlərin tez bir zamanda dəbdən düşməsini ürəkdən arzu edirik...

Yalançı döymə - Flash Tatto

Bir vaxtlar saqqızların, ya da çips içindən çıxan yalançı döymələr kimi görünən bu qızılı döymə modelləri təəssüf ki, layiq olduğundan çox maraqla qarşılandı. Nəhayət bu il qızılı döymə tendensiyasının aktuallığını itirəcəyinə ümid edirəm. İlk baxışda qızılı aksessuarları əvəz etsə də, süni görünür. Ümumiyyətlə, sünilik təsiri bağışlayan hər şeyin əleyhinəyəm. Ucuz görünən yalançı döymə xəstəliyinə yoluxan qadınlara bu trendən özlərini bir an əvvəl xilas olmağını arzulayıram.

bir an once bitmesini diledigimiz moda akimlari 03

Həddindən artıq qısa şortlar

Qış ayları olduğu üçün həddindən artıq qısa şortlar qızların əynində görünməsə də, yay gələn kimi yəqin ki, yenidən gözlərimizə “işıq saçacaq”. Cins şortlarla bağlı heç bir problemim yoxdur. Təəssüf ki, həddindən qısa olması göz zövqümü korlayır.

Mini cins şortlar yay aylarının əvəzolunmaz geyimidir. Lakin alt paltarı uzunluğunda olmağı ürəkaçan mənzərələr yaratmır. Ombasının yarısını çöldə qoyan bu cins şortların uzunluğu xoş görmür. Bir çox qadın hətta kişilər də bu görüntüdən narahat olurlar. Estetik gözəllikdən tamamilə uzaq olan bu şortlar hətta kök qadınların da diqqətini cəlb edir. Nəticəni isə ifadə etməyə söz tapa bilmirəm... Bu şortları çimərlikdən başqa heç yerdə geyinməməyi şiddətlə tövsiyə edirəm. Nə isə, söhbəti çox uzatmadan demək istəyirəm ki, 2015-ci ilin yayında şəhərin küçələrində ombası görünən şortları geyinən qızları görmək istəməzdik.

kotsort 460

Saç təbaşirləri

Mənim üsyan etməyimə səbəb olan məqamlardan biri də saç təbaşirləridir. Saç təbaşirləri ən çox çılğın qızların diqqətini çəkir. Qızlar, 2014-cü ildə saçlarınızı saç təbaşiri ilə istədiyiniz qədər boyadınız, amma bu çılğınlıq bitsin artıq, yetər! Məncə, saçları əlvan rənglərə boyamaq və həvəsinizi almaq üçün bir il kifayət edir. Saç təbaşirləri nə qədər maraqlı olsa da, gözəl görünmək üçün faydası olmayan süni üsuldur. Gözəl görünmək üçün süni yollara deyil, normal saç rənglərinə müraicət etmək daha ağıllı olmazdımı? Artıq bu trendin bitməsinin lazım olduğunu düşünürəm.

bir an once bitmesini diledigimiz moda akimlari 05

Çiçəkli çələng dəbi

Çiçəkli çələng dəbi də uzandıqca ucuzlaşır, adiləşir. Artıq bir çox insanın obrazında gördüyümüz çiçək çələngləri öz aktuallığını çoxdan itirib.

Gəlinlərin bu aksessuardan istədiyi qədər istifadə etmək haqqı var. Amma çələnglərin adi günlərdə istifadəsi bir qədər yersiz görünür.

Zamanla keyfiyyətini və gözəlliyini itirən bu çələnglər artıq orijinallığını itiriblər. Məsum görünmək naminə bu çələnglərdən istifadə etmək şərt deyil. Çiçək çələnglərini qaşlı, muncuqlu saç aksessuarları ilə əvəz etməyin vaxtı yetişib.

bir an once bitmesini diledigimiz moda akimlari 04

Yarım çəkmələr

Keçən il dəbə minən və qızların çoxunu öz ardınca aparan moda cərəyanlarından biri də yarım çəkmə modelləridir. Bu çəkmələr payız və yaz aylarında özünəməxsus tərz yaratmağa kömək edir. Lakin dəblə ayaqlaşmaq istəyən qızların bir çox onu geyimi ilə düzgün uyğunlaşdıra bilmir. Şalvarını bu çəkmələrin içərisinə salmağa çalışan qızlara demək istəyirəm ki, etməyin, eləməyin... Bu çəkmələrin içinə şalvarı salmağa, ayaqqabının orijinallığını itirməyə nə ehtiyac var?! Birincisi onu ayaqyalın, ya da görünməz corabla geyinmək lazımdır. İkincisi də dəblə ayaqlaşmaq istəyirsinizsə, şalvarı bu tərzdə geyinməyə son qoyun.

bir an once bitmesini diledigimiz moda akimlari 11

İri çiyinliklər

80-cı illərdə trend olan böyük, geniş çiyinliklər qadınları döyüşə hazırlaşan peşəkar pəhləvanlara bənzətmişdi. Qadının bütün zərifliyini, məsumluğunu oğurlayan bu iri çiyinlikləri heç sevmirəm. İri çiyinliklər bir neçə il öncə yenidən dəbə qayıtmışdı. Amma bu çiyinliklər daha müasir versiyada təqdim olunmuşdu. İri çiyinliklərin ikinci qayıdışı zənnimcə, daha uğurlu alınmışdı. Onların forması daha kiçik və yığcam idi.

Aşağı bel cinslər

Ən pis trendlərindən biri də az qala ayaqlara qədər uzanan aşağı bel cins şalvarlardır. Kişilərə bu cinslərdə hərəkət etmək olduqca rahat olsa da, arxa ciblərinin yerdə sürünməsi yolverilməzdi. Kaş ki, bu şalvar modellərini reperlərdən başqa heç kim geyinməzdi...

Şəffaf asqılar

Ən bərbad dəb cərayanlarından biri də şəffaf büstqalter asqılarıdır. Baxdıqda sanki naməlum effekti yaratsa da, özümüzü korluğa vura bilmərik. Hələ kənarları daş-qaşlı, güllü variantlarını demirəm. Bu asqıları paltarın altından geyinmək olar. Amma çiyin dekoltesi olan paltarla, xüsusi ilə ziyafət libasları heç yaxşı görünmür.

Dəbin ən çirkin trendlərindən biri də strinqlərin dar şalvarlardan yuxarı çıxması ilə bağlıdır. Bir vaxtlar Hollivud ulduzlarının sevimli tərzi olsa da, dəb tarixinin ən utancverici trendidir.

Tüklü uqqilər

Hər tərəfi tüklərlə örtülən uqqiləri unutmaq mümkün deyil! Bir dövrün əvəzolunmaz tüklü uqqi həvəskarları hələ qalsa da, dəb tarixinin ən pis cərəyanları siyahısında ilk yerdə dayanır.

Heç bir məna verməyən tüklü qar uqqiləri ayaqda çox gülünc görünür. Zərif qadın ayaqlarını bu uqqilərdə itirmək lazım deyil.

tuylubotlar 450

Qısa topiklər

Digər dəb cərəyanları qədər pis olmasa da, mədəyə qədər olan göbək dekoltezi göz zövqünü korlamaqdan başqa heç bir işə yaramır.

Hündür dabanlı sneakerlar

Hündür dabanlı idman ayaqqabı və sneakerlar ötən ildən bəri xeyli populyar olsalar da, dəb trendləri arasında bərbad adlandırırlar. İdman ayaqqabısının ruhuna zidd olan platforma dabanlı sneakerlar, təəssüf ki, heç bir stilə uyğun gəlmir.

paltformayakkabi460

Qladiator səndəlləri

Bir neçə il əvvəl populyar olan qladiator səndəllər küçələri sanki Antik dövrə çevirmişdi. Qadın-kişi hər kəsin ayağında olan qladiator səndəllər məşhur stil ikonalarının əvəzolunmaz ayaqqabısı idi. Dizə qədər uzanan, qəfəs şəkilli qladiator səndəllər heç bir rahatlıq vəd etmədiyi üçün dəbdən sürətlə ayrıldı.

gladyator sandalet

P.S Yuxarıda sadalananların dəb tarixinin tozlu səhifələrinə qarışmasını istəyir və hər birinizə yaraşan geyimlərin, əsas da ölməz klassikanın qarderobunuzdan tükənmədiyi zövqlü günlər arzulayıram.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR