Rahat ayaqqabı dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Rahat ayaqqabı dəbi - FOTOLAR

Slipon ayaqqabılar bu yay xanımların ayaqlarından çıxmayacaq!

Hər bir qız parlaq və gözəl ideal tərzinin olmasını arzulayır. Qüsursuz zövq sahibləri bir çox dəstləri birləşdirməyi bacarırlar. Xanımların çoxu buna dikdaban ayaqqabılar sayəsində nail olur. Amma bəzən ayaqlar hündürdabanlardan azad olmaq istəyir və daha rahat ayaqqabılar tələb edir. Kreativ dizaynerlər bu problemdən çıxış yolu kimi slipon idman ayaqqabıları təklif edirlər. Bu ayaqqabılar rahatlığı sayəsində gənclər arasında böyük populyarlıq əldə edib.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, slipon adlandırılan rahat idman ayaqqabıları yayın dəb tendensiyalarından biridir. Slipon idman ayaqqabısı olsa da, klassik paltarlarla uyğunlaşdrmaq olar. Slipon istənilən - həm klassik, həm də idman üslubu ilə son dərəcə zərif görünür. Üstəlik, modapərəstlər bu ayaqqabıların hər rəngdə və hər naxışlarda olan versiyalarını rahatlıqla tapa bilərlər. Xüsusən də qızılı və gümüşü modelləri çox aktualdır.

Dəbdə olan qadın slipon ayaqqabılarının ilk variantları təbii dəridən hazırlanmışdı. İndi isə parçadan, zamşadan, hətta krujevadan tikilən versiyalarını da mağazalarda görə bilərik.

Orijinal dekorativ bəzəkli ayaqqabılar alçaq boylu qızlar üçün də əladır. Çünki ayaqqabının içində hündürlüyü 3,5 sm olan yumşaq altlıq yerləşdirilib. Bu qəlib ayaqları vizual olaraq uzun göstərir. Kənarlarındakı yumşaq və elastik bant sayəsində ayaqlar rahat şəkildə ayaqqabıya daxil olur və bütün yorğunluğu dərhal unutdurur. Ayaqqabının rezin altlığı da uzun gəzintidən sonra ayaqları yorulmağa qoymur.

Slipon ayaqqabılar dar və ya hündürbel cinslər, o cümlədən bol kəsimli futbolkalarla əla yaraşır. Dəbdəbəli üslubda ayaqqabılar açıq rəngli cinslərlə təkrarolunmaz tərz yaradırlar.

Qələm ətəklər, mini ətəklər və şortlarla da bu ayaqqabılar çox havalı görünürlər.

Timsah dərisindən tikilən sliponlar obraza qeyri-adi zəriflik və lətafət bəxş edir. Əgər obraza ayaqqabı ilə eyni rəngdə olan çanta əlavə etsəniz, çox kübar modapərəst stili alınacaq.

Qeyd edək ki, slipon ayaqqabılar zamşa dəridən də tikilir. Onlar ayaqda həqiqətən də çox effektli görünürlər. Bu ayaqqabılarla istənilən paltarı eksperimentdən keçirə bilərsiniz.

Slipon ayaqqabılar bütün gecə dəli kimi rəqs etmək üçün çox ideal seçimdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm