Stil ikonalarının ilhamverici cins yubka dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Stil ikonalarının ilhamverici cins yubka dəbi - FOTOLAR

Dəb ilahələrinin timsalında mövsümün ən aktual modeli - cins yubkaları uyğunlaşdırmağın yollarını öyrənək!

Cins yubkaların populyarlığı və çiçəklənmə dövrü 2000-cı illərin birinci yarısına təsadüf edir. Ancaq məlumdur ki, bəzən dəb geri qayıdır. Ona görə radikal dəyişiklik etməyə tələsməyin və qarderobu dəbdən düşən geyimlərdən dərhal təmizləməyin.

Bu mövsüm dizaynerlər daha incə modellərə və retro-siluetlərə nəzər yetiriblər. Moda evlərinin ən yaxşı cins yubka variantlarını hər zaman olduğu kimi, bu dəfə də birinci məşhur dəb ilahələri öz üzərlərində nümayiş etdiriblər. Məşhur ulduzların əksəriyyəti gündəlik obrazını cins yubka ilə tamamlayırlar.

Mövsümün ən aktual variantlarından biri də başdan-ayağa cins geyinməkdir . Cins yubka ilə eyni cins köynəyin və ya gödəkcənin birləşməsi mükəmməl görünür. Aksessuarlara qaldıqda, belə bir obrazı ancaq kişisayağı saatlar, yaxud iri qızıl bilərziklər ən yaxşı şəkildə tamamlaya bilər.

Xanımların üstünlük verdikləri daha bir model isə metal düyməli cins ətəklərdir. Dizaynerlər müxtəlif zövqlərə uyğun olaraq düyməli yubkaların həm uzun, həm də ki, qısa variantlarını təklif edirlər.

60-cı illərin ruhunda hazırlanan bu model yığcam poluver, qolu qısa nazik vodolazka ilə və ya şifon bluzalarla çox gözəl uzlaşır. Ayaqqabı seçimində qızlar adətən qladiator səndəlləri, stiletto, yay çəkmələri, hətta botilonlara üstünlük verirlər.

Aşağıda cins yubka dəbinə aid bəzi nümunələrə baxa bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm