• USD 1,7022 0,00% EUR 1,8492 +0,04%
    • GBP 2,1763 -0,13% RUB 0,0305 +0,33%

Yayın uzun yubka və sarafan dəbi - FOTOLAR

  • Dəb
  • 26 İyun 2015 18:30
  • 4 241 Baxış
Yayın uzun yubka və sarafan dəbi - FOTOLAR

Uzun paltarlar praktiki olaraq istənilən bədən tipinə uyğun gəlir. Ona görə də bu gözəl və zərif paltarı almaqdan imtina edən xanım çətin ki tapılsın. Publika.az-ın dəb bölməsi uzun sarafanları və ətəkləri uyğunlaşdırmağın üsullarını təqdim edir:

Şərflər

İsti yay günlərində üst geyimlərə ehtiyac olmur. Lakin gecə sərin olacaqsa, özünüzlə yüngül şərf götürməyi unutmayın. Hündürboy xanımsınızsa, maksi donları uzun və nazik jaketlə geyinə bilərsiniz. Rahibələrə bənzəməmək üçün isə belinizə mütləq incə kəmər taxın. Lakin boyunuz balacadırsa, üst geyimləri qısa seçməlisiniz.

Uzun paltar üçün aksessuar

Uzun geyimlərə çoxlu sayda aksessuarlar yaraşır. Bəzək-düzək məsələsində heç bir məhdudiyyət yoxdur. Uzun libaslara yaraşan ən yaxşı aksessuar nazik kəmərlərdir. Kəmərlər bədən quruluşunu gözəl göstərir. Günəşdən qorunmaq, eyni zamanda paltara bəzək vurmaq üçün şlyapa və bandana kimi nəfis aksessuarlar taxa bilərsiniz.

Bəzək əşyaları uzun sarafanları həmişə qüsursuz göstərir. Əgər paltarın dərin sinə dekoltesi varsa, onu boyunbağı, bir neçə zərif qolbaqla tamamlayın.

Hippi üslubu uzun paltarlarla saç aksessuarlarından da gen-bol istifadə etməyə icazə verir.

Uzun sarafanlar üçün çanta seçimi

Sizin seçdiyiniz çantalar bu gün hara getdiyiniz haqqında ətraflı məlumat verir. Əgər çanta böyük və tutumludursa, onda siz hansısa mühüm işləri həll etmək üçün evdən çıxmısınız. Əgər çantanız kiçikdirsə, dostlarla görüşəcəksiniz.

Balaca klatç ilə isə uzun libası bir anda romantik axşam geyiminə çevirə bilərsiniz. Odur ki, sizi işdən sonra hər hansı tədbirə dəvət ediblərsə, kiçik çanta hiyləgərliyindən məharətlə yararlana bilərsiniz. Yadınızda saxlayın ki, həddən artıq böyük çanta sizin uzun paltarınızı bəzəməyəcək. Əgər uzaq səyahətə getmirsinizsə, orta ölçülü çanta almağa çalışın.

Uzun sarafanlar üçün ayaqqabı seçimi

Bir çox dəb jurnalları uzun sarafanları ancaq altı düz səndəllərlə uzlaşdırmağı məsləhət görürlər. Amma bu, düzgün yanaşma deyil. Çətin ki, balacaboy qızlar bu məsləhəti bəyənsinlər. Uzun paltarlar əslində, bir çox ayaqqabı modeli ilə yaraşır. Baletka, tanketka, qladiator səndəlləri uzun paltarlarla çox qəşəng uzlaşır. Ayaqqabıların görünməməsi üçün paltarın uzunluğu topuqlara qədər olmalıdır.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR