Sara Cessika Parkerdən nəfis ayaqqabı kolleksiyası - FOTOLAR
Bizi izləyin

Dəb

Sara Cessika Parkerdən nəfis ayaqqabı kolleksiyası - FOTOLAR

Sara Cessika Parkerin geyim üslubu fərqlidir. O, “Böyük şəhərdə seks” filmində diqqətəlayiq obrazlarla yadda qalıb. Bunu, 50 yaşlı aktrisanın bir-birinin ardınca dəb jurnallarına çəkildiyi fotosessiyalar da sübut edir. Dəb tənqidçiləri də onun geyim tərzini çox bəyənirlər.

İyunun sonunda “anaZahra Magazine” jurnalı Sara Cessika Parkeri kifayət qədər riskli reklam çəkilişinə dəvət edib. Aktrisa fotoqraflara göydələnlərin damında yüksək dabanlı ayaqqabılarda poza verib. Fotosessiyada nümayiş etdirdiyi bütün bu qəşəng tufli və bosonojkaların hamısı onun öz ayaqqabı brendinin yeni kolleksiyasındandır.Yeni kolleksiya tezliklə satışa buraxılacaq. Ayaqqabıların qiyməti 195 dollardan 500 dollara qədər olacaq.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm