Dəb
Yayın çoxçeşidli ayaqqabı dəbi - FOTOLAR
Yayda məşhur moda evlərinin təqdim etdiyi cəlbedici səndəlləri görüb almamaq mümkün deyil. Bu mövsümün də ayaqqabı dəbi çoxçeşidli olması ilə yadda qalacaq. Buraya: rahat, altı düz və yüksək dabanlı qladiator səndəlləri, taxta dabanlı retro-modellər, tanketka, eləcə də qalın dabanlı platformalar daxildir.
Publika.az yayın ən dəbli ayaqqabı modellərini təqdim edir:
Qladioator səndəlləri
Ayaqların uzunluğunu effektli şəkildə vurğulayan qladiator səndəlləri bu il də dəbdədir. Ötən ildən fərqli olaraq, bu yay qladiator səndəllərinin xüsusi komfortu ilə seçilən yüksək modelləri də dəbə daxil olub. Belə üstü açıq ayaqqabılar istənilən yay geyimi: uzun sarafan, qısa yubka və şortla uğun gəlir. Onlar yay axşamlarında gəzinti üçün ideal seçimdir.
Platforma bosonojkalar
Bu yayın ayaqqabı dəbi boyu uzun göstərən platforma bosonojkaları ilə də yadda qalacaq. Həmin bosonojkaların özəlliyi ayaqqabıların müxtəlif printlərdə və parlaq rənglərdə təqdim olunmasıdır. Çoxfunksiyalı bosonojkalarda rəng bloku effektindən istifadə olunub. Onların bu versiyaları çox məşhurdur.
Metal effekti
Dəbdəbəli parıltı və metal effektindən bu il təkcə axşam ayaqqabılarında deyil, gündəlik variantlarda, hətta çimərlik modellərində də istifadə olunub. 2015-ci ilin parıltılı dəridən tikilən bosonojkaları elə gözəldir ki, onları nə ilə desən uzlaşdırmaq olar.
Maraqlı detallar
Bir çox dizaynerlər mövsüm bosonojkalarını qeyri-adi detallar və maraqlı elementlərlə bəzəyiblər. Qeyri-adi bəzəklər özünəməxsusluğunu vurğulamaq istəyən qızların seçimləri arasında liderlik edəcək. Plastik güllər, orijinal formalı dabanlar və ya rəngbərəng lələklərin maraqlı işlənməsi ayaqda çox sevimli görünür. Məhz bu detallar qonaqlıqda seçilmək istəyən modapərəstlərə kömək edəcək.
Retro tərzində taxta dabanlı bosonojkalar
Yayın ayaqqabı dəbini taxta dabanlı ayaqqabılar olmadan təsəvvür etmək mümkün deyil. Dizaynerlər bu il taxta dabanlı ayaqqabıların retro stilllərini təklif edirlər. Belə ki, iki populyar trendi birləşdirərək 1970-ci illərin əhval-ruhiyyəsini geri qaytarırlar. Bu ayaqqabılar xırda güllü çit paltar və ya midi cins yubkalarla əla yaraşır. Fərqlənməyə can atan xanımlar sərin havalarda bu ayaqqabıları nazik corabla da geyinə bilərlər.
İdmansayağı bosojonkalar
Mövsümün birinci dərəcəli ehtiyacı kateqoriyasında idman tərzində hazırlanan bosonojkalar gəlir. 2015-ci ilin yayını bu əlverişli ayaqqabılar olmadan başa vurmaq mümkün deyil. Ket və krosovkaları əvəz edən həmin ayaqqabıların strazlarla bəzədilmiş, orijinal dekorlu fturistik modellərini kokteyl donları əla tamamlayır. Bu rahat ayaqqabılarda uzun müddət gəzmək olar.
Aytən
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu