Suriyalı qızlar ərəb şeyxlərinə satılır - İddia
Bizi izləyin

Dünya

Suriyalı qızlar ərəb şeyxlərinə satılır - İddia

Suriyalı qızlar Ərəb şeyxlərinə satılır - İddia

Suriyada artıq 3 ildir davam edən qanlı vətəndaş müharibəsi ölkə əhalisi, xüsusilə də qadınların həyatını faciəyə çevirib.

“Axar.az” xəbər verir ki, İngiltərənin “İndependent” qəzeti bu ölkədə davam edən müharibənin gənc qadınları bəzi varlı ərəb kişiləri üçün asan ova çevirdiyini yazıb.

Xəbərdə suriyalı ailələrin azyaşlı qızlarını bir neçə min dollar qarşılığında yaşlı varlı ərəb kişilərinə satdıqları bildirilib. Qəzet bildirib ki, bu cür zorla evləndirilmələrə əsas səbəb maddi çətinliklərdir və bu nikahlar da qanunsuz yollarla bağlanır.

Evliliklərin çoxu qısamüddətli olur və qızlar bir müddət sonra lazımsız əşya kimi kənara atılır. Qəzet 17 yaşlı Navar və onun 16 yaşlı bacısı Suza özlərindən çox yaşlı səudiyyəli kişilərlə evləndirildikdən 20 gün sonra atıldıqlarını sübut kimi təqdim edib.

İordaniyanın paytaxtı Əmmanda fəaliyyət göstərən Beynəlxalq Qaçqın təşkilatında işləyən Amira Məhəmməd, “Vasitəçilərin suriyalı ailəridən qızlarını alıb varlı ərəblərə satmaları haqqında məlumatlar alırıq. Evliliklər də çox qısa, hətta bəzən 24 saat davam edir” deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm