Yeni müharibə anonsu: “Nöqtə əməliyyatlarına” start verildi
Bizi izləyin

Dünya

Yeni müharibə anonsu: “Nöqtə əməliyyatlarına” start verildi

Türkiyə hökuməti silahlarını buraxmaq istəməyən PKK-çılara qarşı yeni plan hazırlayıb.

Publika.az Türkiyə KV-ə istinadən xəbər verir ki, hökumətin terrora son vermək üçün başlatdığı həll prosesi kritik dövrə qədəm qoyub. PKK-nın bu prosesdən sui-istifadə edərək insanları təhdid etməsi səbirləri daşırıb.

Kəşfiyyat xidmətlərinin məlumatına görə, əlində silah olan PKK-çıların kimliyi məlumdur. İnformasiyaya görə, hökumət prosesi dəyərləndirərək “nöqtə əməliyyatlarına” başlamağı qərara alıb. Prezidenti Ərdoğan Nazirlər Kabinetinin iclasında “PKK silahı buraxmırsa, güc strukturları bu silahları toplasın. Həll prosesi bəhanəsi ilə bölgədə hakimiyyəti ələ keçirmək istəklərinin qarşısı alınmalıdır” deyə bildirib.

AKP rəsmiləri də bildiriblər ki, bölgədə təşkilatın başçılarının kimliyi bəllidir: “Əməliyyatlar bunlara son verəcək. Misal üçün, kritik nöqtələrdə gəncləri idarə edən insanlar var. Bu şəxslərə qarşı əməliyyat keçirilib zərərsizləşdirilərsə, gəncləri təxribata çəkənlər də qalmaz”.

Baş nazir Əhməd Davudoğlu artıq əməliyyatların ilk işarəsini verib.

“Bütün güc strukturlarına təlimat verdik. Harada olursa olsun, kim qeyri-qanuni şəkildə silah daşıyırsa, buna qarşı hər cür addım atılacaq”, - deyə bildirib.

Baş nazirin köməkçisi Bülənt Arınçın “PKK silahı buraxmasa, terror təşkilatını bundan sonra çətin günlər gözləyir” deməsi də terrorla mübarizə məsələsində yeni dövrün başladığını göstərir.

Hökumət mənbələrinin məlumatına görə, lazım olsa, demokratikləşmə prosesi dayandırılacaq. Əsas məqsəd silahsızlaşdırmanın həyata keçirilməsidir.

Bölgələrdə valilər və hüquq-mühafizə orqanları silahların toplanması istiqamətində işə başlayıb. “Paralel hökumətə” bağlı polislər isə müvəqqəti olaraq işdən alınacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm