Dünya
Məşhur narkobaron həbsxanadan belə qaçıb - DETALLAR/FOTO
Məhşur narkobaronun həbsxanadan qaçışı ona 50 milyon dollara başa gəlib. Bura həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxildir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli mediya məlumt yayıb.Məlumata görə, Meksika hökuməti El Kaponun ələ keçirilməsinə görə 3,8 milyon dollar mükafat təyin edib. Məşhur narkobaronun ciddi rejimə malik həbsxanadan tunel vasitəsilə qaçmasının yeni detalları da açıqlanıb.
El Kapo ləqəbi ilə tanınan Joaquín Guzmán Meksikanın sərt rejimli Altiplano həbsxanasından iyulun 11-də qaçıb.
Meksikanın xüsusi xidmət orqanı mühafizə kameralarının yaddaşına həkk olunan görüntüləri yayıb. Videoyazılışda El Kaponun türmədən qaçmasından az əvvəlki görüntüləri var.
“TUNEL MÜSAİR TEXNOLOGİYA İLƏ QAZILIB”
Jurnalistlərə açıqlamasında Mesikanın daxili işlər naziri Miguel Angel Osorio Chong deyib ki, söhbət Meksikaya böyük zərbə vurmuş bir düşməndən gedir:
“Onu geri qaytarmaq cəhtlərində arxaya heç bir addım atılmayacaq”.
Nazir deyib ki, El Kaponun axtarışına onun duş almaq üçün olan vanna otağından görüntüsü yox olandan dərhal sonra başlanıb. O deyib ki, polis dərinliyi 60 fut olan tuneldə də axtarış aparıb.
“Tunel müasir texnologiya vasitəsilə hazırlanıb, bu da ona imkan verib ki, həmin ərazini təhlükəsizlik qüvvələri onun arxasınca düşənədək daha tez tərk etsin” – nazir əlavə edib.
Havalandırma sistemi olan tuneli motosikllə keçmək mümkündür. Rəsmilərin açıqlamasına görə, El Kapo tuneli motosikl vasitəsilə keçərək öz azadlığı üçün tikdirdiyi bu evdən qaçıb.
SON OLARAQ DUŞ KABİNETİNƏ GEDİB
“Tunel elektrik lampaları vasitəsilə işıqlandırılıb, amma o
buranı keçərkən arxasında qalan lampaları sındırıb, bu da axtarış
imkanlarını bir qədər çəkinləşdirib” – nazir Osorio Chong belə
deyir.
Nazir iddia edir ki, El Kaponun 2014-cü ilin fevralından həbs
olunaraq saxlandığı həbsxana bütün beynəlxalq meyarlara cavab
verir.
El Kaponun qolunda elektron bazubənd də olub və o, həbsxanada
kameralar vasitəsilə daim nəzarətdə olub. İnsan haqlarının tələbinə
görə 2 yerdə kameralar vasitəsilə müşayiət dondurulur ki, bunun da
biri duş kabinetidir. Narkobaron tunelə girməmişdən əvvəl qolundakı
bazubəndi də qırıb atıb.
Həbsxana kameralarının görüntüsünə görə, Guzman son olaraq öz
yatağına doğru gedib, orada oturub və ayaqqabılarını dəyişib.
Daha sonra duş kabinetinə gedir və bundan sonra sadəcə olaraq yoxa çıxır. Qaçışdan sonra çəkilmiş bir videomaterialda isə duş kabinəsinin döşəməsində kvadrat formalı kəsilmiş yerin olduğu görünür.
QAÇIŞ 50 MİLYON DOLLARA BAŞA GƏLİB
Məşhur narkobaronun azadlığa qovuşması ölkədə diqqəti həm də bir daha korrupsiya üzərinə çəkir. Şərhçilər sual edirlər ki, heç bir səs-səmir olmadan bu tunel necə qazılıb və tunelin tikintisini aparan kəslər onun duş kabineti ilə dəqiq kəsişməsini necə tapa biliblər.
Medianın yazdığına görə, həbsxana rəhbərliyi və ədliyyə
məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxil El Kaponun
həbsxanadan qaçması ona 50 milyon dollar başa gəlib.
Hökumət məsələni tam araşdıracağını söz verib. “Bu işdə əli olan
istənilən şəxs, o cümlədən dövlət məmuru cəzalandırılacaq. Bu
qaçışda rolu olan hər kəs üzə çıxarılacaq” – daxili işlər naziri
deyib.
BU QAÇIŞ ABŞ-LA MÜNASİBƏTƏ DƏ TƏSİR EDƏCƏK
Osorio Chong onu da deyib ki, hazırda Meksika hökuməti El
Kaponun axtarışında, xüsusilə də onun sərhəddi keçməməsində ABŞ və
digər beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməklə əlindən gələni
edir.
Kaponun qaçmağa nail olması Meksika ilə ABŞ arasındakı
münasibətlərə də sərinlik gətirəcəyi təhlükəsi yaradır. El Kapo ABŞ
hakimiyyəti tərəfindən “dünyanın ən qüdrətli narkobaronu” elan
olunub. Onun ABŞ-ın mərkəzində narkotik vasitələrin yayılmasında
xüsusi rol oynadığı vurğulanır.
Joaquín Guzmán zəngin adam sayılır. 2009-cu ildə onun sərvıti 1 milyard dollar həcmində qiymətləndirilib. 2011-ci ildə o, “Forbes”ə görə, dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tutub.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq