Xüsusi təlim görmüş qızlar kişiləri ruhlandıracaqlar - FOTOLAR
Bizi izləyin

Dünya

Xüsusi təlim görmüş qızlar kişiləri ruhlandıracaqlar - FOTOLAR

Çin şirkətlərindən biri kişi işçilərini ruhlandırmaq üçün “xüsusi proqramlaşdırılmış ruhlandırıcı” qadınları işə götürüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişiləri kompüter şirkətində işləməyə həvəsləndirmək üçün gözəl, istedadlı qızlar cəlb edilib. Qızların vəzifəsi proqramçılara səhər yeməyi almaq, söhbət etmək və pinq-ponq oynamaqdan ibarətdir.

Kadrlar şöbəsindən verilən məlumata görə, şirkətdə çalışan proqramçılar ətrafdakı insanlarla ünsiyyət qurmur və ağır rejimdə işləyirlər. Ona görə də xüsusi təlim görmüş qızlar kişiləri ağır mühitdən “xilas” etmək üçün onlarla ünsiyyət qurmağa çalışır və mahnı oxuyurlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm