Putin Xəzəri seçdi: Əsədə silah bu yolla göndəriləcək
Bizi izləyin

Dünya

Putin Xəzəri seçdi: Əsədə silah bu yolla göndəriləcək

Rusiyanın Suriyaya humanitar yardım və silah daşıyan təyyarələrinin Ukrayna, Yunanıstan və Bolqarıstan tərəfindən əngəllənməsindən sonra rəsmi Moskva alternativ yollar axtarışına çıxıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, artıq rəsmi Moskva Suriyaya silah və digər yüklərin daşınması üçün İran hökuməti ilə gizli danışıqlara başlayıb.

Rusiyanın rəsmi “TASS” xəbər agentliyinin Tehrandakı rus diplomatlara istinadən yaydığı xəbərdə deyilir ki, aparılan danışıqlara əsasən, Rusiya Suriyaya yükləri Xəzər dənizi vasitəsilə İran və İraq ərazilərindən göndərməyi planlaşdırır.

Bundan əlavə, İran öz hava sərhədlərindən Rusiya təyyarələrinin uçuşuna icazə verib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Ukrayna, Yunanıstan və Bolqarıstandan Suriyaya humanitar yardım daşıyan Rusiyanın təyyarələri üçün hava məkanının bağlanmasını tələb edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm