NATO yenə genişləndi: 29-cu üzv
Bizi izləyin

Dünya

NATO yenə genişləndi: 29-cu üzv

Bu gün Monteneqro və Şimali Atlantika İttifaqı (NATO) arasında keçmiş Yuqoslaviya ölkəsinin hərbi alyansa giriş haqqında protokolu imzalanıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, protokol NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə imzalanıb.

Sənəd Monteneqroya NATO-nun iclaslarında müşahidəçi statusunda iştirak etmək hüququ verir. Ölkənin ittifaqa 29-cu tamhüquqlu üzv olması üçün sənəd NATO-nun bütün üzv ölkələri tərəfindən təsdiqlənməli və NATO baş katibindən son dəvəti almalıdır.

NATO-nun baş katibi Yens Stoltenberq protokolun imzalanması mərasimini Monteneqronun tarixində təhlükəsizlik sahəsində yeni səhifənin başlanğıcı adlandırıb. Öz növbəsində, keçmiş Yuqoslaviya respublikasının baş naziri Milo Cukanoviç bildirib ki, bundan sonra onun ölkəsi NATO ölkələri ilə çiyin-çiyinə dayanacaq.

“Siz bizə bel bağlaya bilərsiniz”, - baş nazir söz verib.

Qeyd edək ki, NATO Monteneqronu 2015-ci ilin dekabrında ittifaqın 29-cu üzvü olmağa dəvət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm