Obama: “Putini xilas edərdim”
Bizi izləyin

Dünya

Obama: “Putini xilas edərdim”

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Putinə də ünvanlanan suala cavab verib.

Jurnalistlərdən biri Cənubi Koreyada səfərdə olan Obamaya “əgər Putin suda boğulsaydı onu xilas edərdinizmi” sualını verib. Obama isə əlbəttə, xilas edərdim deyib:

“ Mən, əlbəttə prezident suda batsaydı Vladimir Putini xilas edərdim. Mən inanmaq istəyirəm ki, istənilən biri batsaydı onu xilas edə bilərdim. Pis üzgüçü deyiləm, Havaylarda böyümüşəm, çoxlu praktikam olub”.

Xatırladaq ki, bu sual prezident Putinə canlı yayım zamanı 6 yaşlı məktəbli tərəfindən verilmişdi. O zaman Putin Obamanın mədəni insan olduğunu və onu əlbəttə ki xilas edəcəyini bildirmişdi./ “Qafqazinfo”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm