Dünya
Hitlerin dəhşətli silahından istifadə edəcəklər – 2 milyon insan öləcək
İŞİD Mosulda II Dünya Müharibəsi zamanı Hitlerin
istifadə etdiyi zəhərli sarin qazından istifadə edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin
yazarı Abdülkadir Selvi deyib.
Onun sözlərinə görə, İŞİD-in əlində kimyəvi silahlar var:
“Məlumatlara görə, İŞİD bu silahları bir müddət öncə Suriyadan
Mosula gətirib. Terror təşkilatının əlində sarin tərkibli kimyəvi
qaz bombalarının olduğu iddiaları var. Öldürücü təsiri yüksək olan
bu qaz bombaları daha əvvəl Hitler tərəfindən istifadə olunub”.
Yazar qeyd edib ki, Türkiyə Başika bazası da daxil olmaqla,
İraqdakı hərbi birliklərində kimyəvi silah hücumlarına qarşı
tədbirlər görüb. Əməliyyat başlanmamışdan öncə bu tədbirlər başa
çatdırılıb.
Sarin tərkibli qaz bombasının istifadəsi Mosulda təxminən 2 milyon
insanın ölümünə səbəb ola bilər. Çünki əməliyyatlar başlayandan
sonra, mülki əhalinin çıxışı üçün dəhliz açılsa da, İŞİD insanların
çıxışının qarşısını alır.
Qeyd edək ki, sarin qazı 1938-ci ildə alman kimyaçı Gerhad Skrader
tərəfindən kəşf olunub. Nasist Almaniyasının istifadə etdiyi sarin
qazı “sinir sistemi zəhərləri” qrupuna aiddir. Digər qazlardan
rəngsiz və iysiz olması ilə fərqlənir.
İddialara görə, bu qaz bombasından Səddam Hüseyn və Bəşər Əsəd də
istifadə edib.
Asif
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Hadisə00:30İsmayıllıda avtomobil aşaraq yandı - Ölən və xəsarət alan var
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 12 Sentyabr 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
-
İdman12 Sentyabr 22:12Amorim “Yunayted”in əfsanələrini qınadı: Çox danışırdılar, amma…















.jpg)















