İdman
"Mühüm vəzifələrdə səriştəsiz insanlar oturub"
“Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe Paraqvay senatoru Seleste Amarillanın irqçi fikirlərinə münasibət bildirib.
Daha əvvəl, 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Paraqvay Fransaya 0-1 hesabı ilə məğlub olduqdan sonra siyasətçi demişdi:
“Fransız kimi davranan bu təkəbbürlü kamerunlu yazmağı belə öyrənməyib. Matçdan sonra heç kimin ona şillə vurmaması təəssüf doğurur”.
Mbappé bu ifadəyə belə cavab verdi: “Sən iyrənc bir qadınsan, vəzifənə layiq deyilsən. İrqçiliyin üzündən dünya artıq sizin ölkənin oyunçularının Dünya Kubokunda göstərdiyi səyləri unudub”.
Amarilla futbolçunun açıqlamasını gender əsaslı zorakılıq adlandırıb.
Publika.az xəbər verir ki, həmin qalmaqalı xatırlayan Mbappe deyib:
“Belə fikirlər səsləndirən insanları görəndə… Paraqvay hökuməti məni dəstəklədi. Fransa prezidenti Emmanuel Makron, eləcə də bütün müvafiq orqanlar məni dəstəkləyirdi.
Biz Mişel Platininin hər şeyi olduğu kimi qəbul etmək barədə dediyi sözlərini müzakirə etdik. Amma mən bunu etmirəm. Və 2026-cı ildə vacib vəzifələrdə tamamilə səriştəsiz insanların olduğunu da deməkdən çəkinmirəm. Bununla mübarizə aparmaq üçün həmişə enerjimiz olacaq”, – Mbappe bildirib.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi






.jpg)































