Dünya
Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb - Səudiyyə Ərəbistanı cavab addımı atacaq?
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi “Şərq-Qərb” magistral neft kəmərinə qarşı həyata keçirilən hücumu sərt şəkildə pisləyib.
Publika.az xəbər verir ki, XİN-in yaydığı bəyanata əsasən, Ər-Riyad və Mədinə bölgələrində yerləşən neft kəməri İraq ərazisindən buraxılan bir neçə pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Zərbələr nəticəsində bir neçə nəfər xəsarət alıb, həmçinin infrastruktura ziyan dəyib.
Bununla belə, Səudiyyə Ərəbistanı hadisəyə cavab olaraq hər hansı addım atmağı hələlik təxirə salmaq qərarına gəlib. XİN bildirib ki, bu qərar İraqın Baş naziri Əli əl-Zaidinin xahişi ilə qəbul edilib.
Ər-Riyad Bağdada İraq ərazisindən Səudiyyə Ərəbistanına və digər qonşu ölkələrə qarşı mümkün yeni hücumların qarşısının alınması üçün müstəqil şəkildə lazımi tədbirlər görmək imkanı vermək niyyətindədir.
Nazirlik vurğulayıb ki, Səudiyyə Ərəbistanı öz suverenliyini və strateji infrastrukturunu qorumaq, həmçinin vətəndaşlarının və ölkədə yaşayan şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq hüquq çərçivəsində bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR











.jpg)


.jpg)






















