Dünya
Ərdoğan hücum strategiyasını elan etdi - “Misaki Milli”- - VİDEO
“Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti yeni təhlükəsizlik strategiyanı açıqlayıb. Ərdoğan Türkiyənin artıq təhdid ünsürlərinin hücum etməsini gözləməyəcəyini, lazım olarsa, sərhəd xaricində əməliyyatlar keçirəcəyini bildirib. O, 1923-cü il siyasətinin aktuallığını itirdiyini söyləyib.
“'Biz 20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə gəldik. 2016-cı ildə 1923-cü il psixologiyası ilə hərəkət edə bilmərik. 1923-cü ildən bəri mövcud sərhədləri qorumaq üzrə bir anlayış vardır. Bu səhv anlayışdır. Təəssüf ki, həm qərb, həm də cənub sərhədlərimizdə “Misaki Milli” hədəflərimizi qoruya bilmədik. Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər. Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi, zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə həbs etmə anlayışıdır”, - Türkiyə prezidenti qeyd edib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin Mosul əməliyyatına daxil olmasına mane olmağa çalışanlar Suriyadakı oyunlarının pozulmasından narahat olanlardır.
Xatırladaq ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.
“Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı, Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.
1926-cı ildə iraqlılarla imzalanan müqaviləyə əsasən, əgər Kərkük-Mosul bölgəsi Bağdad hakimiyyətinin əlindən çıxarsa, Türkiyə Cümhuriyyəti dərhal və qeyd-şərtsiz sözügedən ərazidə haqq sahibi olacaq.
Ömər Dağlı
-
Səhiyyə19 İyul 22:16Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
-
İKT19 İyul 21:00Süni intellektin müasir sivilizasiya üçün ən böyük təhlükəsi - Ölkələr çətin vəziyyətdə qalacaqlar
-
Sosial19 İyul 18:48FHN çimərliklərə gedənlərə xəbərdarlıq etdi
-
Hadisə19 İyul 17:36Bakıda qadın mağazada vəhşicəsinə döyüldü - VİDEO
-
Digər19 İyul 17:23ABŞ-ın nüvə çətirinə güvənirdilər - İndi nüvə dövləti olmaq istəyirlər
-
Yaxın Şərq19 İyul 17:08İran itkiləri açıqladı: 50-dən çox insan ölüb, 517 nəfər yaralanıb
-
Maraq dünyası19 İyul 15:24Başqasının qabından yeyilən kartof qızartması daha dadlı olurmuş - Qəribə təcrübə
-
Hadisə19 İyul 14:58Professor Əmrah Dadaşov vəfat etdi





































