Hindistanda qatar qəzası - 12 yaralı
Bizi izləyin

Dünya

Hindistanda qatar qəzası - 12 yaralı

İnsidentin səbəbləri hələ ki, məlum deyil.

Hindistanın Assam ştatında "Capital Express" sərnişin qatarının iki vaqonunun relsdən çıxması nəticəsində 12 nəfər yaralanıb.

"Report" NDTV telekanalına istinadən xəbər verir ki, hadisə zamanı qatarın lokomotivi və ona bitişik vaqon yoldan çıxıb.

Məlumata görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan üçü ağır vəziyyətdədir. İnsidentin səbəbləri hələ ki, məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm