Dünya
Qadın paltarı geyindirərək təcavüz etdilər - DƏHŞƏTLİ QİSAS
Türkiyənin Düzcə vilayətinin Gümüşova mahalında internet üzərindən bir qadına sataşan İ.T. qadının həyat yoldaşı və yaxınları tərəfindən qaçırılıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qadın paltarı geyindirilərək təcavüzə uğrayan İ.T. 2 gün sonra evinə buraxılıb.
İddiaya görə, işsiz İ.T. İstanbul sakini 25 yaşındakı A.Y. adlı qadını “Feysbuk” hesabından mesaj ataraq narahat etməyə başlayıb. İ.T.-nin israrla mesaj göndərməsinə əsəbiləşən qadın bu barədə həyat yoldaşına danışıb. Qadının həyat yoldaşı və yaxınları İ.T.-ni qaçırmaq qərarına gəliblər.
Plana görə, A.Y. İ.T.-ya onunla görüşmək istədiyini söyləyərək evin ünvanını istəyib. İ.T. görüşmək üçün razılaşdıqları evin qarşısından qaçırılıb. Gümüşovadan İstanbula gətirilən İ.T.-ya qırmızı qadın paltarı və dikdaban ayaqqabı geyindirilib. Makiyaj edilən İ.T. təcavüzə məruz qalıb. Ailə üzvləri isə baş verənləri video kamera vasitəsilə qeydə alıb.
Bununla da kifayətlənməyən A.Y.-nın həyat yoldaşı və yaxınları onu meşəyə apararaq bir ağaca bağlayıb. İki gün ağaca bağlı vəziyyətdə saxlanılan İ.T. buradan Gümüşovadakı evinə aparılıb.
Bir müddət sonra hadisənin təsiri ilə psixoloji problemlər yaşamağa başlayan İ.T. ailəsi tərəfindən Düzcə Atatürk Dövlət Xəstəxanasına aparılıb. O, başına gələnləri bacısına danışıb. Bacısı hadisə barəsində polisə şikayət edib. Fakt üzrə istintaq başlanıb. Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb. Onlardan 3-ü həbs edilib, 4-ü isə sərbəst buraxılıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı