Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var
Bizi izləyin

Dünya

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

Qırğızıstanın Cəlilabad vilayətində torpaq sürüşməsi baş verib.

Qırğızıstanın Cəlilabad vilayətində torpaq sürüşməsi baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-sı ağır xəsarət alıb.

Məlumata əsasən, ölən və yaralananlar Bazar-Korqon rayonunda su kəmərinin təmiri ilə məşğul olan fəhlələr olub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xilasedicilər tərəfindən torpaq altından çıxarılan daha 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm