Dünya
İrəvanın planları ALT-ÜST OLDU: Trampın Sarkisyanın zənglərinə cavab verməməsinin SİRRİ
ABŞ prezidenti Donald Tramp Ermənistan prezidenti Serj
Sarkisyana sözün həqiqi mənasında məhəl qoymur. Tramp Ağ Evə
gələndən sonra Azərbaycan və Gürcüstan prezidentlərinə isti
münasibəti ilə seçilir, lakin Cənubi Qafqazın digər ölkəsi olan
Ermənistanı sanki qaralama kağız kimi əzərək, ofisindəki zibil
yeşiyinə tullayıb. Halbuki, ABŞ-da erməni diasporu və lobbisinin
gücünü nəzərə alsaq, Tramp Sarkisyanla çoxdan görüşməli, heç olmasa
telefonla danışmalı idi.
Publika.az xəbər verir ki, “kavkazplus” saytı Trampın
Sarkisyanı saymamasının səbəbləri haqda yazıb.
Sayt qeyd edir ki, Tramp prezident seçildiyi yarım il ərzində
Sarkisyanın telefon zənglərinin heç birinə cavab verməyib: “Erməni
lobbisinin bütün cəhdlərinə baxmayaraq, o, Ermənistan prezidentini
qəbul etmir. Sarkisyan seçkidən sonra Trampla telefonda danışmağa
cəhd etdi. Tramp danışıqdan imtina etdi, onun yerinə
vitse-prezident Mayk Pensi danışdı. Məkumatlar var ki, Sarkisyan
erməni lobbisini dövriyyəyə salaraq, Trampdan onunla danışması üçün
dəfələrlə xahiş edib, lakin hər dəfə imtina cavabını alıb. ABŞ-ın
yeni administrasiyası sübut edir ki, ermənilər Trampı ələ ala
bilməyəcək. Əslində Hillari Klintonun məğlubiyyəti İrəvanın
planlarını alt-üst etdi”.
Məqalədə vurğulanır ki, Sarkisyanın qondarma “erməni soyqırımı”nın
“ildönümü” ərəfəsində də Trampla danışmaq cəhdi baş tutmayıb.
“Görünür, erməni diasporunun mövqeyi, həmçinin, Ermənistanın
regionda işğalçı siyasəti və qonşu ölkələrə qarşı ərazi iddiaları,
eləcə də İranla “oynaqlaşması” Vaşinqtonda qəbul edilmir. Tramp
Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstan liderlərinə
böyük hörmət bəsləyir. Misal üçün, Sarkisyana cavab verməyən ABŞ
prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə dostcasına danışır,
onun haqqında xoş sözlər söyləyir, Azərbaycanın əhəmiyyətini
vurğulayır. Eyni mövqe Gürcüstana da sərgilənir. Hətta mümkündür
ki, yaxın vaxtlarda Azərbaycan ABŞ silahının böyük alıcısı ola
bilər”, - deyə sayt yazıb.
Asif
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO