Dünya
Hər şey “sərt” Breksit üçün: Seçkilərin qalibi ELAN OLUNDU
Böyük Britaniyada bu gün növbədənkənar parlament seçkiləri keçirilir. 650 yerlik İcmalar Palatasında (parlamentinin aşağı palatası) yer tutmağa əsas iddiaçılar mühafizəkarlar, leyboristlər, liberal-demokratlar, Böyük Britaniya Müstəqil Partiyası (UKİP) və Şotlandiya Millətçi Partiyasıdır (SNP).
Səsvermənin favoritlərindən olan mühafizəkarlar və leyboristlər “sərt” Breksiti dəstəkləyirlər. Onlar Avropa İttifaqının strukturlarına kompensasiyalar ödəmək istəmirlər. Ancaq hər iki partiyanın əksəriyyət qazanmaması Londonu Brüssellə danışıqlarda zəiflədə bilər. Məhz, Böyük Britaniyanın baş naziri Tereza Meyin də açıqladığı kimi, növbədənkənar seçkilərin əsas hədəfi Breksit üzrə danışıqlarda Londonun mövqeyini daha güclü etmək və daxili siyasi qüvvələrin həmrəyliyinə nail olmaqdır.
Breksitə baxmayaraq, ölkədə iqtisadi göstəricilər artır və miqrasiya aşağı düşür. Amma 2017-ci il artıq dördüncü ildir ki, Böyük Britaniyada dalbadal səsvermə keçirilir. Sosioloqların məlumatına görə, britaniyalılar hiss edirlər ki, siyasətdən yorulublar. Buna görə də növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Tereza Meyin qərarı tam razılıqla qarşılanmadı. Hətta baxmayaraq ki, kabinet başçısının nöqteyi-nəzərindən, “dəmir ehtiyac”dan söhbət gedir: Avropa İttifaqından çıxmaq üçün çoxmilyardlı kompensasiyalar ödəmək istəməyən Londona hökumətin siyasi xəttinin əksəriyyət tərəfindən dəstəkləndiyini Brüsselə nümayiş etdirməlidir.
İlk rəy sorğuları hakim partiyanın - mühafizəkarların asan qələbə qazanacağından xəbər verirdi. Ancaq seçkiqabağı kampaniyasının gedişatında mühafizəkarların reytinqi sürətlə enirdi. Son sosioloji sorğulara əsasən, Meyin partiyası üçün artıq siyasi baxımdan sağ qalmaqdan söhbət gedir. Mühafizəkarlar qalib gəlsələr də, bu əhəmiyyətsiz üstünlük olacaq. “Good Morning Britain” sorğularına görə, Meyin partiyası 41,5 faiz səs qazanacaq. “Opinium” təşkilatının sorğularında isə bu göstərici 43 faizdir. Deməli, növbədənkənar seçkilərin keçirilməsindən kabinetin başçısı praktik olaraq heç nə udmayacaq.
Sosioloji sorğular göstərir ki, SNP və UKIP təxminən eyni miqdarda – 4 faiz səs toplaya bilər. Böyük Britaniyanın qanunlarına əsasən, ölkə parlamenti birmandatlı dairələr üzrə seçilir və yalnız Londonda toplanan xalq nümayəndələri fraksiyada birləşirlər. Seçiciləri ölkənin şimalın kompakt yaşayan SNP Britaniya parlamentində 60 yerə ümid edə bilər. İngilis millətçilərinin bazası bütün ölkə üzrə bölünür, ehtimal ki, heç bir yer almayacaqlar.
Krallığın Avropa İttifaqına qayıdışını dəstəkləyən Liberal Demokratik Partiya parlamentdə üçüncü yer tuta bilər. Sosioloji sorğular partiyanın 6 faiz səs qazanacağını göstərir.
Yaranmış şəraitdə leyboristlərin lideri Ceremi Korbin özünü nisbi qalib kimi hiss edə bilər. Son həftələr ərzində Korbinin şəxsi reytinqi əhəmiyyətli dərəcədə artıb.
Ömər Dağlı
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU

































