Dünya
“Hücumlar istənilən vaxt həyata keçiriləcək” - Rusiyanı TƏHDİD ETDİLƏR
"ABŞ ərazisindən Rusiyaya hər gün haker hücumları edilir".
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hücumların hədəfləri arasında Rusiya prezidentinin saytı da var.
Dünən isə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Amerika xüsusi xidmət orqanları Rusiyanı kiberhücumlarla hədələyirdilər. Onlar KİV-lər vasitəsilə göstərirlər ki, istənilən vaxt Rusiya infrastrukturunun əsas obyektlərinə hücüm edə bilərlər.
İdarədə qeyd ediblər ki, Rusiyanın elektron infrastrukturuna hücumların 28 faizi ABŞ ərazisindən həyata keçirilir.
Agentliyin yazdığına görə, Moskva kibercinayətlərlə mübarizə məsələləri üzrə ikitərəfli konsultasiyaların keçirilməsini Vaşinqtona dəfələrlə təklif edib. Ancaq ABŞ administrasiyası hər dəfə ünsiyyətdən yayınıb.
Ömər Dağlı
-
İdman19:20"Sabah"a 2 qol vuran Qordon həftənin oyunçusu seçildi
-
İKT18:36“Aztelekom”dan internet sürəti ilə bağlı açıqlama
-
Sosial18:15Sarvan Cəfərova Prezident Administrasiyasında yüksək vəzifə verildi - FOTO
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
-
Nida Xəbər 16:34TRIPP layihəsi Moskvanın hədəfinə xələl gətirdi: Rusiya nə planlaşdırır?
-
Region16:28Paşinyandan Rusiyaya mesaj: Sərhədlərimizi özümüz qorumalıyıq
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda



















.jpg)




.jpg)











