BMT Şimali Koreyaya qarşı QƏTNAMƏ qəbul etdi
Bizi izləyin

Dünya

BMT Şimali Koreyaya qarşı QƏTNAMƏ qəbul etdi

BMT-nin ixtisaslaşmış komitəsi Koreya Xalq Demokratik Respublikası, İran və Suriyadakı insan hüquqlarının pozulmasına dair məsələləri incələyib.

Publika.az xəbər verir ki, insanların hüquqlarının pozulması istiqamətindəki qətnamələr arasında KXDR üzrə irəli sürülən faktlar səsə qoyulmadan birbaşa qəbul edilib. Sənəddə ölkə daxilində insan hüquqlarının pozulmasının cinayət dərəcəsinə çatdırılması pislənib.

Bundan əlavə, adları sadalanan dövlətlərin qəbul etməməsinə baxmayaraq, bu problemlərə hər il BMT-nin üçüncü komitəsində baxılır. BMT-nin İnsan Hüquqları Sahəsində Vəziyyətin Araşdırılması üzrə Şurasının qiymətləndirməsinə görə, qeydə alınan hüquq pozuntularının sayı olduqca çoxdur. Hətta bəzi faktlar insanlığa qarşı cinayət kimi qiymətləndirilib.

İranda insan hüquqları ilə bağlı sənəd üzrə də səsvermədə 83 ölkə lehinə, 30 dövlət, o cümlədən Rusiya, Belarus, Çin, KXDR, İraq isə qətnamənin əleyhinə səs veriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm