“Rusları öldürmək istəmirik, amma...” - ABŞ Rusiya ilə müharibənin ANONSUNU VERDİ
Bizi izləyin

Dünya

“Rusları öldürmək istəmirik, amma...” - ABŞ Rusiya ilə müharibənin ANONSUNU VERDİ

“Suriya üzərində Rusiya təyyarələrinin vurula biləcəyi barədə Pentaqonun nümayəndəsinin bəyanatı çox təhlükəlidir. Bu “özünüz getməsəniz, vurub çıxardacağıq” şəklində son xəbərdarlıqdır”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Hərbi-Hava Qüvvələrinin mərkəzi komandanlığının nümayəndəsi Demyen Pikartın bəyanatını şərh edən siyasi ekspert Aleksandr Neykropnıy “Planet Today” portalında yazıb.

Aleksandr Neykropnıy hesab edir ki, ABŞ Suriyada Rusiya qoşunlarına hücüm etməyə səylə hazırlaşır.

Demyen Pikartın sözlərinə görə, Amerika pilotları ruslarla vuruşmağa “məcbur olacaqlar”.

“Ən böyük problem ondan yaranacaq ki, biz hava və quru qoşunlarımıza təhdid kimi baxılan Rusiya təyyarələrini vurmağa məcbur olacağıq. Noyabrın sonunda Rusiya və Suriya təyyarələri hər gün altı-səkkiz dəfə Fərat çayının şərq tərəfinə (Rusiya və Suriya qoşunları çayın qərbinə, Amerika isə şərqinə nəzarət edir –red.) keçib. Son həftə ərzində hadisələrin intensivliyi bir qədər azaldı, amma uçuşların tezliyi əvvəlki kimi narahatlığa səbəb olur”, - Pikart deyib.

Bu bəyanata Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov sakit reaksiya verib və tövsiyə edib ki, diqqəti havada hadisələrin provakasiya edilməsinə deyil, İraqda İŞİD terrorçularının məhv edilməsinə yönəltmək lazımdır.

Aleksandr Neykropnıy qeyd edir ki, Rusiya və ABŞ arasında razılaşma (söhbət Fərat çayının şərq və qərbinə nəzarət üzrə razılaşmadan gedir –red.) əldə olunsa da, Rusiya hava gücləri İŞİD-in son yuvalarını dağıtmaq üçün “Amerika tərəfi”ni keçməyə məcbur olub.

“Və bu onunla izah edilir ki, terrorçular öz həqiqi sahibləri və ilhamverənlərin qanadları altına qaçırlar. Konaşenkovanın sözlərinə görə, Suriya səmasında hadisələrin əksəriyyəti Amerika pilotlarının terrorçuların məhv edilməsinə mane olmaq cəhdləri ilə bağlıdır. Gələcəkdə bizim qoşunlarımız İŞİD-in qalıqlarını məhv etmək üçün Fəratın şərqinə keçməli olacaq. Terrorçular orada yenidən qruplaşaraq, yaxud da “başqa rəngə boyanaraq” Suriyanın hökumət güclərinə qarşı hücuma başlaya biləcəklər. Məlum olduğu kimi, ABŞ belə hadisələrdə çoxdan yerinə yetirilmiş və qaydaya salınmış sxemlərə əsasən hərəkət edir. Simptomlar çox narahatedicidir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, növbəti “zəhərli məruzə”ni “İnsan hüquqları üzrə Suriya təşkilatı” açıqlayıb:

“Əgər onların xörəyinə inansaq, Suriyada noyabrda həlak olmuş 996 mülki vətəndaşdan yalnız 114-nü İŞİD öldürüb. Qalanlarını kimlər öldürüb? Deyilənə görə, “Əsədin cinayətkar rejimi”nin qoşunlarının hücumları nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 503 dinc sakini həlak olub. “Suriya hüquq müdafiəçiləri”nə inansaq, ruslar yalnız noyabrda 274 dinc sakini öldürüb. Onlardan 44-nün qadın, 95-nin uşaq olduğu bildirilir. Həmin dövr üçün koalisiya qüvvələrinin vicdanına yalnız 6 mülki vətəndaşın ölümü yazılır. Bu, Amerika və NATO-nun təcavüzü üçün lazım olan kiçik ittihamlardır. Heç kəs “Səddam Hüseynin kimyəvi silahları”nı və ya “Yuqoslaviyada etnik təmizləmələr”ə aid sübutları tapmadı. Amma indi Hüseyn və Yuqoslaviya haradadır? Və görünür, indi belə ssenarini Suriya üçün reallaşdırmağa çalışırlar. Ekstremal narahatlıq ondan ibarətdir ki, dünyaya “hərbi cinayətkarlar” kimi yalnız Əsədin ordusunu deyil, həm də Rusiya hərbçilərini təqdim etməyə çalışırlar. Pentaqondan verilən bəyanat olduqca qorxunc səslənir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm