Dünya
“Ölkəni daş dövrünə qaytaracağıq!” – İsraildən MÜHARİBƏ ELANI
İran Livanda müasir raket mərkəzi qurur.
Publika.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanın xəbər portalı “Elaph”a müsahibəsində İsrailin Kəşfiyyat naziri Yisrael Katz bildirib.
“İran Livanda müasir raket mərkəzi inşa edir. Bu, bizim “qırmızı xətt”imizdir. Nəyin bahasına olursa-olsun, buna icazə verməyəcəyik. Hərbi müdaxilə ilə buna mane olacağıq, eynilə Suriyada olduğu kimi. Daha geniş və güclü bir hücum olacaq, bu dəfə bütün Livan hədəf alınacaq”, - o bildirib.
Müsahibədə İsrailin 2006-cı il müharibəsində “Hizbullah”a məğlub olaraq Livandan geri çəkilməyə məcbur olması xatırlanıb. 11 il əvvəl baş verənləri bir pikniklə müqayisə edən Katz “sizə deyirəm, Livanı daş dövrünə qaytaracağıq” deyə xəbərdarlıq edib.
Livanı təhdid edən nazir həmçinin, ölkəsinin müharibə istəmədiyini bildirib.
Daha əvvəl Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazdığına görə, İsrail ordusunun 2017-ci ildə həyata keçirdiyi hərbi təlimlər ölkənin Livan istiqamətində yeni bir müharibəyə hazırlaşdığını göstərir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında









.jpg)


.jpg)



















