Dünya
Şiddətli döyüşlər: ruslar geri çəkildi, türk ordusu YENİ CƏBHƏ AÇDI - VİDEO
Türkiyənin Afrin əməliyyatında yeni cəbhə açılıb.
Publka.az xəbər verir ki, rus əsgərləri Afrinin Əsəd
nəzarətindəki ərazilərə çıxış qapısı olan Tel Rıfatdan çəkilib.
Məlumatlara görə, 80-ə yaxın rus əsgəri Əsədin nəzarətindəki
Nubl-Zehra bölgəsinə keçib. Beləliklə, PKK/PYD/YPG işğalındakı
Afrində heç bir rus əsgəri qalmayıb. Bu türk ordusunun daha rahat
hərəkət etməsinə imkan yaradıb.
Son məlumatlara görə, İdlibin şimalında postlar quran türk
əsgərləri Hələb şəhərinin 25 kilometrliyinə qədər yaxınlaşıb.
Hələbin yaxınlığındakı El İys kəndində nəzarət məntəqəsi quran
“Mehmetçik” beləliklə terrorçuları cənubdan mühasirəyə alıb.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, türk ordusu strateji
əhəmiyyətə malik olan Minniğ hava limanına doğru irəliləyir.
Bölgədə şiddətli döyüşlər gedir. Türk əsgərləri və Azad Suriya
Ordusu 4 cəbhədən Afrinə doğru hərəkətə keçib.
Dünən axşamdan etibarən Türkiyə döyüş təyyarələri Reyhanlı bölgəsi
ilə sərhəd olan Cinderes bölgəsini bombalayır. Döyüşlərin bu gün
səhər saatlarında da davam etdiyi deyilir.
Türkiyə təyyarələri Tel Abyaddakı PKK qərargahını da darmadağın
edib.
Türkiyənin Tel Abyada hücum etməsi bölgədə mənzərəni daha da
mürəkkəbləşdirir. Belə ki, Fəratın qərb sahilində yerləşən Tel
Abyadda terrorçulara təlim verən ABŞ əsgərlərinin də olduğu
deyilir. Türkiyə Afrin əməliyyatının davamı olaraq Şimali İraq
sərhədlərinə qədər olan ərazilərdə terrorçuların təmizləyəcəyini
açıqlamışdı. Mütəxəssislər qeyd edirlər ki, türk əsgəri Fəratın
qərbinə keçəcəksə, burada Amerika əsgərləri ilə üz-üzə gələ bilər.
ABŞ prezidenti Donald Trampın dünən Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğanla telefon danışığında “Amerika və Türkiyə əsgərlərinin
toqquşmasından çəkinmək lazımdır” deməsi də bölgədə böyük toqquşma
təhlükəsinin olduğunu göstərir.
Asif
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO





























.jpg)


