Dünya
“Türkiyənin təyyarələrini vurmaq üçün hazırıq” - TƏHDİD
Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını “işğal” olaraq qiymətləndirib.
Publika.az xəbər verir ki, suriyalı diplomat Böyük Britaniyanın BBC-yə verdiyi açıqlamasında Türkiyəy' cavab verəcəklərini söyləyib.
“Türkiyənin işğalı Suriyanın suverenliyinə qarşı bir hücumdur. Suriya belə bir hücuma hər cür cavab vermək hüququna malikdir. Türkiyənin hücumlarına cavab vermək üçün hər cür vasitələrdən istifadə edəcəyik”, - o deyib.
“Buna təyyarələri də vurmaq daxildirmi” sualına isə onun cavabı belə olub: “Bunu açıq şəkildə söylədik. Hava hücumundan müdafiə sistemlərimiz hazırdır”.
Afrindəki əməliyyata Rusiyanın yaşıl işıq yandırmasına gəlincə, nazir müavini qeyd edib ki, Rusiyanın Suriyanın adından, yaxud da Suriyada indiyə qədər müdafiə etdiyi prinsiplərə qarşı hərəkət edəcəyini düşünmür.
Mekdad ABŞ əsgərlərinin Suriyada qalmasını “yeni dağıdıcı səhv” adlandırıb.
Ömər Dağlı
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO





























.jpg)


