Dünya
“Bunlar giriş səhnələri idi, böyük müharibəyə hazır olun!” – Açıq-açıq ELAN ETDİLƏR
Suriyanın cənubunda son günlər baş verənlər İsrailin də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu göstərir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər.
Publik.az xəbər verir ki, İsrailin “Yerusalem Post” qəzetində dərc olunan məqalədə İsrail və İran arasında açıq bir döyüşün başlandığı deyilir.
Fevralın 9-da Suriyanın cənubunda İrana məxsus pilotsuz uçuş aparatı İsrail tərəfindən vuruldu. Ardınca Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin F-16 qırıcısını vurdu.
“Yerusalem Post” qəzetində Yaakov Katzın qələmə aldığı məqaləyə görə, Suriyada “kölgə döyüşü” davam edir. Katz hesab edir ki, döyüşün bəzi detalları ictimaiyyətə məlum olsa da, böyük qismi sirr olaraq qalmaqda davam edir.
“Şənbə günü baş verən hadisə, İran ilə İsrail arasındakı birbaşa döyüşün başlanmasıdır. İsrail üzərində pilotsuz uçuş aparatının, ardınca İsrailə aid F-16 qırıcısının vurulması və dərhal sonra İsrailin Suriya və İrana qarşı hücumları İranın Suriyada hərbi mövcudluğu davam edəcəyi halda bölgəni partladacaq daha geniş qarşıdurmanın yalnız giriş səhnələridir. İranın dərs alıb-almadığını öyrənmək çox tezdir. Yolu kəsilsə də, İrana aid pilotsuz uçuş aparatı İsrailə sıza bildi. Müttəfiqi olan Suriya isə İsrailin qırıcısını vurdu. İsrail 1982-ci ildən - Suriyanın hava hücumundan müdafiə sisteminin tamamilə məhv edildiyi vaxtdan bu yana ən geniş hava hücumunu həyata keçirdi”, - müəllif yazıb.
Onun sözlərinə görə, İsrailin aviazərbələri iki səbəbə görə vacib idi: “Birincisi, F-16-nı düşürən Suriya qüvvələri zərərsizləşdirilməli idi. İkincisi isə, pilotsuz uçuş aparatını idarə edən mərkəzi bombalayaraq İrana ciddi mesaj verilməli idi. İsrailin hücumları İranın qarşısını almaqda effektiv ola bildimi? Bu sualın cavabını İranın qarşıdakı addımda axtarmaq lazımdır. İran Suriyadakı hərbi gücünü artıracaqmı? Yaxud da yaxın günlərdə İsrailin suverenliyi yenidən pozulacaqmı?”
Daha əvvəl İsrail “Kanal 10” telekanalı israilli və avropalı diplomatik mənbələrə istinadən bildirib ki, İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar edib.
Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki, Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq olunub.
Fevralın 11-də İslam İnqilabının 39-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən İran prezidenti Həsən Ruhani ad çəkmədən İsrail və ABŞ-a mesaj göndərib.
“Bölgədə gərginlik yaratmaq, İraq və Suriyanı parçalamaq istədilər. Livanda uzunmüddətli xaos yaratmaq istədilər. Amma bizim köməyimizlə bu siyasət çökdü”, - İranın prezidenti vurğulayıb.
Fevralın 11-də həmçinin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirinin müavini Hüseyn Səlami ABŞ-ın bölgədəki bütün bazalarını məhv etmək iqtidarında olduqlarını deyib. ABŞ-ın Suriyadakı hərbi mövcuğluğuna toxunan SEPAH-ın rəsmisi bunun qeyri-qanuni olduğunu və ABŞ-ın mütləq məğlubiyyətə düçar olacağını qeyd edib: “ABŞ bölgəni məğlub olmadan tərk edərsə, özü üçün də yaxşı olacaq”.
O həmçinin İranı atəşlə oynamaqda təhdid edən İsrailə cavab verib.
“Bölgəni sionistlər üçün cəhənnəmə çevirə bilərik”, - Səlami bildirib.
İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani isə Suriya-İsrail sərhədində baş verən hadisədən sonra “cəzasız qalan hücumlar dövrü”nün başa çatdığını bildirib. Onun sözlərinə görə, Suriya xalqı hər hansı bir təcavüzə cavab verəcəyini sübut etdi.
Ömər Dağlı
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO
-
Sosial00:30
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər
-
İKT21 Noyabr 23:36
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
-
Magazin121 Noyabr 23:12
Lüt Xalq artisti nəyi sübut etmək istəyir? - Müğənni onları yıxıb sürüdü - VİDEO
-
MDB21 Noyabr 22:50
Putin Rusiyanın eskalasiyaya necə cavab verəcəyini AÇIQLADI
-
Magazin121 Noyabr 21:36
Sənubər İsgəndərli “Altın Kelebek”də - FOTO
-
Elm və təhsil21 Noyabr 21:24
Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ