Dünya
Məkkədə qadınlar üçün marafon - İLK DƏFƏ
Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.
Trend-in məlumatına görə, qaçış marafonu bu ilin aprelində Məkkədə qapalı məkanda keçiriləcək.
Marafonun baş tutacağı zalın sahibi olan "Əl-Vəhda" klubunun prezidenti Əhməd Teyib deyib ki, bu yarışda daha çox qadının iştirak etməsi üçün əllərindən gələni edəcəklər.
Marafonda 18 yaşından yuxarı zərif cinsin nümayəndələri iştirak edə bilər. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, bu ilin fevralın 24-də Səudiyyə Ərəbistanında ilk beynəlxalq marafon keçirilib. Burada 28 min səudiyyəli və digər ölkələrin nümayəndələri iştirak edib. Qalib gələn efiopiyalı idmançı 267 min dollar mükafata sahib olub. Yarışın ən qocaman iştirakçısı 79 yaşlı ərəb olub.
Məlumat üçün bildirək ki, son illərdə Səudiyyə Ərəbistanında qadınlara bir sıra hüquqlar verilib. Bunların arasında futbol matçlarını izləmək, idmanın müxtəlif növləri ilə məşğul olmaq, fitness mərkəzlərdə məşqlər etməyi göstərmək olar. Bununla yanaşı, qadınlar sürücülük vəsiqəsi əldə edə və avtomobildən istifadə edə bilərlər.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki





































